“Fando və Lis” tamaşası Beynəlxalq Teatr Festivalına yollanır
27 sentyabr 2010 11:44 (UTC +04:00)

“Fando və Lis” tamaşası Beynəlxalq Teatr Festivalına yollanır

Festivalda 8 ölkənin 21 teatrının adı iştirak ərizəsinə salınıb. Seçim 100-ə yaxın teatr arasında aparılıb. Nəticədə 21 teatrın sırasına Azərbaycanın da adı yazılıb.

Beynəlxalq Festivala H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı dəvət alıb. Teatr gənc rejissor Mahir Cananovun quruluşunda fransız dramaturqu F. Arrabalin “Fando və Lis” tamaşası ilə iştirak edəcək. Bu barədə Lent.az-a Mahir Cananovun rəhbərlik etdiyi “Jan-As Creative Group”dan məlumat verilib.

Qeyd edək ki, may ayında bu tamaşa uğurla, Ukraynanın Donetsk şəhərində keçirilən “Art-alternativ” Beynəlxalq Teatr Festivalında layiqincə Azərbaycanı təmsil edib və mükafata layiq görülüb: ““Fando və Lis” tamaşası demək olar ki, bütün beynəlxalq teatr festivallarına dəvət alır, sadəcə həm vaxt, həm də maliyyə baxımından bütün bu festivallarda iştirak etməyimiz mümkün olmur. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu festivalda iştirak edəcəyik. Çünki bu uğurlar Azərbaycan Mədəniyyətinin uğurları sırasına yazılır. Sumqayıt teatrı da, belə nailiyyətləri tez-tez qazanmağı qarşısına məqsəd qoyub. Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Mehman Şükürov yeni əsrdə yeni teatr formullarının yaranması üçün öz zəhmətini əsirgəmir. Bu yolda gənc yaradıcı insanların fikrini, istəyini dinləyib onların fəaliyyət göstərməsindən ötəri uğurlu layihələr həyata keçirir. Bizim birgə zəhmət sərf etdiyimiz bu layihələrin başlanğıcı olaraq “Fando və Lis” tamaşası hazırlandı və artıq üçüncü festivalda iştirak etmək hüququ əldə etdi”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 836

Oxşar yazılar