Vaşinqtonda Üzeyir Hacıbəylinin 125 illiyi ilə bağlı tədbir keçirilib
25 sentyabr 2010 13:10 (UTC +04:00)

Vaşinqtonda Üzeyir Hacıbəylinin 125 illiyi ilə bağlı tədbir keçirilib

Bu günlərdə ABŞ-ın paytaxtında “Qarabağ” Fondu tərəfindən bəstəkarın yubileyi münasibətilə Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib. “Qarabağ” Fondundan APA-ya daxil olan məlumata görə, Azərbaycan mətbəxinin ləziz nümunələrinə qonaq edilən amerikalı sənətsevərlər Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycanın bu gününü əks etdirən fotosərgi ilə də tanış olmaq imkanı qazanıblar. Daha sonra amerikalı sənətşünas, Nyu-Yorkun tanınmış Metropolitan Operasının sabiq əməkdaşı xanım Şeril Kempler məruzə ilə çıxış edərək Üzeyir Hacıbəylinin yaradıcılığından danışıb, “Leyli və Məcnun”, “Koroğlu”da daxil olmaqla məşhur əsərlərindən parçalar səsləndirib. Mədəniyyət gecəsində yerli Azərbaycan icmasının üzvü Bəhruz Fərruxi “Koroğlu” operasından və “Arşın mal alan” operettasından ariyaları ifa edib, amerikalı sənətsevərləri bir sıra milli musiqi alətlərimizin xüsusiyyətləri ilə tanış edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927

Oxşar yazılar