İranda Azərbaycan mədəniyyəti günləri keçiriləcək
Mədəniyyət günlərində çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında geniş nümayəndə heyəti qonşu ölkədə səfərdə olacaq.
Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun Lent.az-a verdiyi məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov, rejissor Ziya Şıxlinski və digər şəxslər daxildir.
Mədəniyyət günlərində xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestrinin, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları nəzərdə tutulub. Tehran və Təbriz şəhərlərində təşkil olunacaq tədbirlərdə muğam ifaçıları - xalq artisti Mənsum İbrahimov, Təyyar Bayramov, vokalçılar Samir Cəfərov, Anar Hüseynli, aşıq Nemət Qasımov, şairlər Adil Cəmil, Taleh Babayev və başqa sənətçilər çıxış edəcəklər. Musiqiçilərimizi əməkdar artistlər Mircavad Cəfərov (ud), Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət edəcək.
Mədəniyyət günləri çərçivəsində Azərbaycanın tarixi mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunacaq. Bunlarla yanaşı, iranlı tamaşaçılar Elçin Musaoğlunun “40-cı qapı” bədii filmi və Şamil Əliyevin “İz...Qala”, Emil Mirabdullayevin “Azərbaycan muğamı”, Ziya Şıxlinskinin “Azərbaycan musiqisi” sənədli filmlərinə də baxa biləcəklər.
Xəyalə Muradlı

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06