Bakıda Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Sentyabrın 18-də Üzeyir Musiqi Günündə bəstəkarın 125 illiyinə həsr edilən beynəlxalq musiqi festivalına start veriləcək. Bu barədə Lent.az-a Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu məlumat verib.
10 gün davam edəcək festival çərçivəsində keçirilən bütün tədbirlərdə Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri bilavasitə yaxından iştirak edəcəklər. Festivalda iştirak etmək üçün ölkəmizə gələcək İsveçrənin “Amaltea” ansamblı və Sinqarurun “Tang” simli kvartetinin konsertlərində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin əsərləri də ifa olunacaq.
Bununla yanaşı, sentyabrın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Bəstəkarlar İttifaqının Qarabağ bölməsinin konserti keçiriləcək. Konsertdə Üzeyir bəyin əsərləri yeni aranjemanda təqdim olunacaq. Bundan başqa, gənc bəstəkarların Üzeyir Hacıbəyliyə həsr olunmuş yeni əsərləri də səslənəcək.
Oktyabr ayında Bakı Musiqi Akademiyası, Bəstəkarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda beynəlxalq elmi konfrans baş tutacaq. Konfransda Üzeyir Hacıbəylinin yaradıcılığına yeni bir baxış olacaq. Noyabr ayında isə “Muğam, məqam və modal musiqinin digər janrları” mövzusunda elmi simpozium keçiriləcək.
Lalə Yusifqızı

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06