Arif Məlikovun 77 yaşı tamam olur
Azərbaycanın dünya şöhrətli bəstəkarı, xalq artisti, professor Arif Məlikov bu gün Vətənə qayıdıb.
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini Nadir Mehdiyevin Lent.az-a verdiyi məlumata görə, bəstəkar Almaniyada reabilitasiya kursu keçib: “Arif müəllim xeyli müddətdir, Almaniyada idi. Oranın bir professorunun müalicəsi ilə reabilitasiya kursu keçib. Xəstəlik tarixçəsini, sənədləri biz özümüz ora göndərmişdik. Bildiyimizə görə, bu gün Bakıya qayıdıb. Baş həkimə zəng vurub burada düzgün müalicə aparıldığına görə, ona təşəkkürünü bildirib”.
Xatırladaq ki, Arif Məlikov iyun ayında kəskin bel ağrıları ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Sənətkar bir neçə həftə xəstəxanada fəqərələrindəki iltihabi proseslə əlaqədar müalicə kursu keçmişdi.
Onu da qeyd edək ki, bu gün Arif Məlikovun doğum günüdür. Bəstəkarın 77 yaşı tamam olur.
Xəyalə Muradlı

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06