POLEMİKA: Üzeyir bəyi heç kəslə səhv salmaq mümkün deyil
Burada göstərilir ki, 7 noyabr 1927-ci il tarixli “Molla Nəsrəddin” jurnalının 45-ci sayında dərc olunmuş “On il” felyetonu Məmmədəli Nasirə məxsusdur.
Bu xəbər məni çox təəccübləndirdi. Çünki 30 illik tədqiqatlarım əsas verir deyim ki, “On il” felyetonunun dili, üslubu, məzmunu tamamilə Üzeyir bəy qələminə aiddir. Felyetonda adı çəkilən Azərbaycanın ilk aktrisalarından Göyərçin xanım Ü. Hacıbəylinin əsərlərinin qadın qəhrəmanlarından Leyli, Əsli, Gülnaz rollarında oynamışdır. Ona görə də Göyərçin xanımın taleyinə Üzeyir bəy biganə qala bilməmiş, aktrisaya olan təzyiqlər, təhlükələr böyük sənətkarı hər zaman narahat etmişdir. Heç təsadüfi deyildir ki, Göyərçin xanımın başına gələn əhvalatları Üzeyir bəy Hacıbəyli özünün “On il” felyetonuna da gətirmişdir.
M.F.Axundov adına Milli Kitabxanadakı araşdırmam nəticəsində bu felyetonu aşkar etdikdən sonra kitabxananın arxiv şöbəsinin məsul əməkdaşı, Üzeyir bəyin dəsti-xəttini tanıyan, felyetondakı bəzi sözlərin ərəb əlifbasından transliterasiya edilməsində mənə yardımçı olan Səidə xanım Abdullayeva da yazının Üzeyir bəyə məxsus olduğunu təsdiqlədi. Burada Üzeyir bəy üslubu, Üzeyir bəy baməzəliyi, Üzeyir bəy istehzası, Üzeyir bəy satirası aydın surətdə özünü göstərir.
Felyetonu “Molla Nəsrəddin” jurnalından köçürüb götürdükdən sonra tanınmış tədqiqatçı-mühərrir, mərhum Qulam Məmmədlinin 1984-cü ildə “Yazıçı” nəşriyyatında çap etdirdiyi “Üzeyir Hacıbəyov. 1885-1948 həyat və yaradıcılığının salnaməsi” kitabına müraciət etdim. Salnamənin 1927-ci ilə aid olan səhifəsində göstərilmişdir: “7 noyabr “Molla Nəsrəddin” N 45. Bir nəfər - “On il” (səh 339.). Yəni, 1984-cü ildə Qulam Məmmədli 7 noyabr 1927-ci il tarixli “Molla Nəsrəddin” jurnalının 45-ci sayındakı “Bir nəfər” təxəllüsü ilə dərc edilmiş “On il” felyetonunun Üzeyir bəyə aid olduğunu təsdiqləmişdir.
Bundan sonra Üzeyir bəy Hacıbəylinin “Molla Nəsrəddin”də daha bir felyetonu” (“Ədəbiyyat” qəzeti 18 iyun 2010) və “Üzeyir Hacıbəylinin “Molla Nəsrəddində çap olunmuş felyetonu” (“Xalq” qəzeti 30 iyul 2010”) sərlövhələri altında “On il” felyetonunu kiçik təqdimatla dərc etdirdim.
“Bir nəfər” imzasına gəldikdə isə onu qeyd etmək istərdim ki, bu təxəllüs Üzeyir bəyin mətbu əsərlərində istifadə etdiyi 67 imzadan biridir. Həm də onu deyək ki, Ü. Hacıbəyli heç vaxt heç kəsin imzalarını mənimsəməmişdir. Bu 67 təxəllüs yalnız Üzeyir bəyin özünə məxsus olmuşdur. Bunu təsdiq edən faktlardan biri də 2010-cu ildə “Elm” nəşriyyatında hörmətli alimimiz Şirməmməd Hüseynovun nəşr etdirdiyi “Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş ixtisar və “redaktə” edilmiş əsərləri” kitabının 2-ci hissəsidir. Burada qocaman tədqiqatçı-alim Üzeyir bəyin müxtəlif qəzetlərdə “Bir nəfər” imzası ilə dərc olunmuş beş yazısını vermişdir. Bunlar “Bir qəribin heyrəti” (“Açıq söz” qəz. 22 may 1916, N 191), “Abad olasan abadanlıq” (“Doğru söz” qəz. 18 iyun 1916, N 15), “ O yandan-bu yandan” sərlövhəli felyetonları ( “Sovqat” qəz. 9 oktyabr 1916, N 32 və 12 oktyabr 1916, N 35), “Dil davası” (“Doğru söz” qəz. 14 yanvar 1917, N 39) yazılarıdır ki, “Bir nəfər” imzası ilə dərc edilmişdir.
Təbii ki, mən Şəfəq xanımın fikirlərinə hörmətlə yanaşıram. Amma əlahəzrət faktlar, dəlillər yuxarıda göstərdiklərimizi təsdiqləyir. 1903-cü ildən 1948-ci ilə kimi müxtəlif mətbuat orqanlarında minlərlə yazıları dərc olunmuş Üzeyir bəy Hacıbəylinin başqasının haqqını mənimsəməyə ehtiyacı yoxdur. Dahi bəstəkar bir publisist kimi də sözünü demiş və milli jurnalistika tariximizin qızıl səhifəsinə öz möhürünü vurmuşdur.
Səadət Qarabağlı,
Üzeyirbəyşünas

980