Azərbaycanlı tarzəndən iranlılara ustad dərsləri
Sənətçi İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Təbrizdə ustad dərsləri keçib. Bu barədə Lent.az-a danışan tarzən bildirib ki, bir həftəlik ustad dərsləri Mahmud Şaterianın adını daşıyan musiqi məktəbində keçirilib: “İrandan dünən qayıtmışam. Sentyabrın 2-dən orda idim. Səfərim məşhur İran şairi Xosrov Sərtibi və mərhum tarzən Mahmud Şaterianın oğlu Aydın Şaterian tərəfindən təşkil olunmuşdu. Vaxtilə Mahmud müəllimlə də yaxın dostluq münasibətim olub”.
M. Müslümov İrana oğlu, tarzən Rüstəm Müslümov və nəvəsi Səbuhi Məmmədzadəni də özülə birgə aparıb. Onun sözlərinə görə, ustad dərslərində tələbələrlə yanaşı tanınmış musiqiçilər də iştirak edib. Azərbaycanlı sənətçi iranlılara “Şur”, “Rast” və “Zabul segah”ı və bir neçə xırda muğamları tədris edib.
Tarzənin sözlərinə görə, ona daha bir ustad dərsi keçmək təklifi də gəlib. O, bu təklifi qışda dəyərləndirmək niyyətindədir.
Xəyalə

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06