Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəylinin yubileyinə necə hazırlaşır?
Prezidentin sərəncamından sonra birinci tədbiri biz keçirmişik. İttifaqın kamera musiqisi salonuna Üzeyir Hacıbəylinin adını qoymuşuq. “Xalq çalğı alətləri üçün Azərbaycan bəstəkarlarının musiqisi” adlı 3 günlük plenum təşkil etmişik. Mayın 1-də isə filarmoniyada gənc xalq çalğı alətləri orkestrinin premyerası oldu”. Bunları Lent.az-a dahi Üzeyir Hacıbəylinin 125 illik yubileyi ilə əlaqədar Azərbaycan Bəstəkarlar İttifaqının həyata keçirdiyi tədbirlər barədə danışarkən, təşkilatın sədri, xalq artisti, professor Firəngiz Əlizadə bildirib.
F. Əlizadə vurğulayıb ki, sentyabrın 16-da Bəstəkarlar İttifaqının Bakıda fəaliyyət göstərən Qarabağ bölməsinin konserti keçiriləcək. Konsertdə Üzeyir bəyin əsərləri yeni aranjemanda təqdim olunacaq. Bundan başqa gənc bəstəkarların Üzeyir Hacıbəyliyə həsr olunmuş yeni əsərləri də səslənəcək.
Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi Beynəlxalq Musiqi Festivalı çərçivəsində bütün tədbirlərdə Bəstəkarlar İttifaqı bilavasitə iştirak edəcək.
Oktyabrda isə Bakı Musiqi Akademiyası, Bəstəkarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda beynəlxalq elmi konfrans baş tutacaq. Konfransda Üzeyir Hacıbəylinin yaradıcılığına yeni bir baxış olacaq.
Bunlardan əlavə, il ərzində müxtəlif şəhərlərdə səyyar plenumlar da keçiriləcək.
Xəyalə Muradlı

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06