II Beynəlxalq Muğam Festivalı Novruz bayramı ərəfəsində keçiriləcək
10 sentyabr 2010 11:14 (UTC +04:00)

II Beynəlxalq Muğam Festivalı Novruz bayramı ərəfəsində keçiriləcək

Bunu Lent.az-a Azərbaycan Bəstəkarlar ittifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə deyib. Onun sözlərinə görə, bununla əlaqədar olaraq hər ay ittifaqda tədbir keçirilir: “2009-da I Muğam Festivalı başa çatandan sonra dərhal ikincisinin hazırlıq prosesinə başlamışıq. “II Beynəlxalq muğam ərəfəsində” adı altında hər ay tədbir keçiririk. Muğamlarla bağlı kitabların təqdimatını etmişik, elmi konfranslar keçirmişik, muğam ifaçılarla görüşlər təşkil etmişik. İstəyirik bu festival Novruz bayramına təsadüf etsin. Ümid edirik ki, elə o vaxt da keçiriləcək”.

Firəngiz Əlizadə qeyd edib ki, festivalda iştirak etmək üçün nəinki Azərbaycandan, bir neçə xarici ölkədən də müraciətlər daxil olub: “Hətta birinci festivalda iştirak edənlər ikinci dəfə də gəlmək istəyirlər. Amma biz istəyirik yeni tərkib olsun. Festival yüksək səviyyədə keçsin. Bunun üçün də əlimizdən gələni edirik”.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1231

Oxşar yazılar