“Koroğlu” operasının partiturası 5 cilddə işıq üzü görəcək
08 sentyabr 2010 18:24 (UTC +04:00)

“Koroğlu” operasının partiturası 5 cilddə işıq üzü görəcək

Azərbaycan Bəstəkarlar İttifaqı da yubileyə ciddi şəkildə hazırlaşır. Bəstəkarlar İttifaqının direktoru, xalq artisti, professor Firəngiz Əlizadənin Lent.az-a verdiyi məlumata görə, yubileyə töhfə olaraq, Üzeyir Hacıbəyovun “Koroğlu” operasının partiturası işıq üzü görəcək: “Bildiyiniz kimi, 2007-ci ildən Heydər Əliyev Fondu ilə Bəstəkarlar İttifaqı “Üzeyir dünyası” adlı layihə üzərində çalışır. Layihə çərçivəsində qravürlərin və partituraların nəşri həyata keçirilir. Layihə çərçivəsində “Koroğlu” operasının partiturası ilk dəfə latın qrafikasında 5 cilddə işıq üzü görəcək. Partitura o qədər nəfis tərtibatda hazırlanıb ki, onu dünyanın hər bir tərəfinə göndərə bilərik. Bu musiqini eşitməyən insan belə, o operanı həmin partitura əsasında səhnələşdirə bilər. Artıq siqnal variantı işıq üzü görüb. Yaxın vaxtlarda nəşrin sayı artırılacaq. Təqdimat mərasimi də keçirilməlidir, amma dəqiq vaxtı hələ bilinmir”.

F. Əlizadənin sözlərinə görə, “Koroğlu”dan sonra Üzeyir bəyin “Leyli və Məcnun” operasının da partiturası nəşr olunacaq.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 936

Oxşar yazılar