Qərib Mehdinin şəxsi fondu yaradılacaq
08 sentyabr 2010 16:13 (UTC +04:00)

Qərib Mehdinin şəxsi fondu yaradılacaq

Arxivin direktoru Maarif Teymurun Lent.az-a verdiyi məlumata görə, bununla əlaqədar olaraq o, Gəncəyə səfər edib və yazıçının razılığını alıb: “Özüm Qərib Mehdilə görüşdüm. Onun sənədlərini gözdən keçirdim. Arxivimizdə şəxsi fondunu yaratmaq ideyası Qərib Mehdi tərəfindən də bəyənildi. Düşünürəm ki, bu, 70 illik yubileyi ərəfəsində yaxşı töhfə ola bilər”.


Sənədlərin yığılaraq hazırlanma prosesində olduğunu deyən M. Teymurun sözlərinə görə, qəbul olunacaq sənədlər arasında Qərib Mehdinin əlyazmaları, satirik hekayələri, kitabları, məktubları, fotoları var.


Qeyd edək ki, ötən əsrin 60-cı illərində ədəbiyyata “İşıq” və “Qərib hey!..” hekayələri ilə gələn Qərib Mehdi 34 kitabın müəllifidir. Onun əsərləri 18 xarici dilə tərcümə olunaraq dünyanın əllidən çox ölkəsinə yayılıb. Əsasən lirik, epik və dramatik janrlara, habelə bədii publisistikaya üstünlük verir. “Rast”, “Təmiz hava”, “Çinar günü”, “Müsabiqə”, “Qəhqəhə”, “Kentavr-lətifələr”, “Oxşarlar”, “Skripka üçün mi simi” adlı romanları, povest və satirik hekayələri oxucuların rəğbətini qazanıb.


Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mükafat Komitəsi tərəfindən “Ədəbiyyat qarşısındakı böyük xidmətlərinə görə”, “Şərəf və Vicdan” ordeninə layiq görülüb.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1077

Oxşar yazılar