“Azdrama” mövsümü gələn ilin martında açacaq – EKSKLÜZİV
Xalq artisti Firəngiz Mütəllimovanın Lent.az-a verdiyi məlumata görə, iclasda teatrın gələcəyinə, repertuar siyasəti, təmirdən sonra binaya köçmə məsələsinə, aparılacaq islahatlara toxunulub: “İclas çox yaxşı keçdi. Əslində bunu iclasdan daha çox söhbət də adlandırmaq olar. İsrafil müəllim xeyli məsələlər barədə söhbət açdı. Teatrın gələcəyini, repertuarını necə görmək istədiyini dedi, nizam-intizam məsələsinə toxundu. Dünya festivallarına çıxacağımızı, xaricdən rejissorlar dəvət olunacağını qeyd etdi”.
F. Mütəllimovanın sözlərinə görə, iclasda teatrın mövsüm açılışının vaxtı da elan olunub. belə ki, digər teatrlardan fərqli olaraq, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümü 2011-ci il martın 27-də - Beynəlxalq Teatr Günündə açacaq. O vaxta qədər teatrda 4-5 yeni tamaşa səhnələşdiriləcək. Onlardan biri artıq məşqləri başlayan “Hökmdar və qızı” tamaşasıdır. Tamaşaya İlyas Əfəndiyevin əsəri əsasında Mərahim Fərzəlibəyov quruluş verir.
Digər tamaşaların məşqləri isə oktyabrın 1-dən start götürəcək.
Xəyalə Muradlı

816