Nurəngiz Gün: “Anarın qələmə aldığı Təhminə ölüb...”
Şairə Nurəngiz Günün Lent.az-a müsahibəsi
- Necə yaşayırısınız?
- Mən həmişə beyni yüklü, qayğılı yaşamışam. 1937-ci ildə tayfam darmadağın olub. Babam, Mirzə Ələkbər Hacızadə Əfəndini itirmişik. O, məşhur həkim olub. İnsanlara təmənnasız xidmət edib. Yaxınlarımın itkisi mənim üçün ağırdır. Sonra atam, anam və qardaşımı itirmişəm. İndi evdə tək yaşayıram. Oturub fikirləşəndə onlarsız hansı qüssələri keçirdiyimi ancaq özüm bilirəm. Ona görə də ayda-ildə bir dəfə tədbirlərə gedirəm. Getdiyim yerdə də heç kimə heç nə hiss elətdirmirəm. Haqqım yoxdur kimisə yükləməyə. Evin içinə çox bağlıyam. Elə bil ki, ev pərvanəsiyəm. Ev məhbusuyam. Özüm-özümü belə eləmişəm...
- Adətən adamı hansısa səhvinə görə başqaları ev dustağı eləyir...
- Mən özüm özümü eləmişəm. Qardaşımın oğlu bizə gəlmişdi. Divarlardakı portretlərə baxıb dedi ki, bibi, sənin evin ölülər qalereyasıdır? İtirdiyim əzizlərimin hamısının portretlərini düzmüşəm evin divarlarına. Mənim üçün bu portretlər ölülər yox, dirilər qalereyasıdır. Onların mənə ötürdüyü mədəniyyəti mən də öz qızım Jaləyə vermişəm. Bəzən bir yerə çıxanda iki nəfərin höcətləşdiyini görürsən. Fikirləşirsən ki, bu adamlar nəynən nəfəs alır? Mən deyən adamlar çox azdır. Onlarla da nadir hallarda telefonla ünsiyyətdə oluram.
- Eyvanınızın altında gözəl park var. Niyə çıxıb gəzmirsiniz?
- Bu Çəmbərəkənd qəbiristanlığının yerində salınan bağdır. Adı yoxdur. Mən elə Çəmbərəkənd deyirəm. Mən 40 yaşından beləyəm. Jalə bir dəfə hönkür-hönkür ağladı ki, mama, nə qədər evdə oturacaqsan? Ancaq mən evdə oturmaqla güclü mütaliə ilə də məşğul oluram. İndi çox yazıram.
Məndə həyata qarşı böyük eşq var. Fəqət 50 yaşından sonra mənim üçün çox darıxdırıcıdır. İstəyirəm adamlar dolu olsun. Təəssüf ki, boş adamlar çoxdur. Bəlkə də bu ölkədə hamıdan erkən yuxudan mən dururam. Günəşi mən qarşılayıram. Günəş çıxmayanda, hava tutqun olanda darıxıram. Ovçulara nifrət edirəm. Quşlar mənim həyatımdır. Çiçəkləri dərirlər, mütrüblərin ayaqlarının altına tökürlər. Çiçəkləri dərmək düz deyil. Mən həmişə Bakı kəndlərinin adamlarına demişəm ki, peşələrini dəyişsinlər. Onlar gülçülüklə məşğul olurlar axı.
- Dünən telefonda dediniz ki, 8 Mart Beynəlxalq Qadınlar Gününü qadınların bayramı kimi qəbul etmirsiz...
- Bəli, mən belə demişəm. 8 martı həqiqətən qadınların bayramı hesab etmirəm. Bu, Klara Setkinin dünyaya verdiyi qılığıdır. Səkkiz rəqəmi mənim üçün iki yekəqarın kişinin keflənəndən sonra bir-birinə sarılmasına oxşayır.
- Ancaq yəqin Sizi 8 Mart münasibəti ilə təbrik edirlər.
- Mən 8 martda telefonlara cavab vermirəm. Bunu hamıya elan eləmişəm. Mən istəmirəm qırılan gülləri insanlara bağışlasınlar. 8 martda nə qədər çiçək qopardırlar... Mən 8 martı çiçəklərin ölən günü hesab edirəm.
- Deyirlər, Siz cavanlıqda çox gözəl olubsunuz...
- Atam mənə özünün şahzadəsi deyərdi. Qolları nazik, arıq qız idim. Uşaqlıq həyatımı doyunca yaşamışam. Ancaq qızım Jalə ilə nəvəm Müjgan uşaqlıq ömürlərini yaşamadılar. Onlardan hər gün “5” qiyməti almaq tələb elədik. Mən isə bir “5” alandan sonra qaçıb gedirdim futbol oynamağa. Öz gözəlliyimin fərqində olmamışam. Heç vaxt gözəlliyimdən istifadə etmək fikrim olmayıb.
- Nəyə görə?
- Mən ayrı cür böyümüşəm. Atamı çox sevirdim. Onu yenicə itirmişdik. Atasız evimiz lazımınca kədərli idi. Anam bunu duyurdu. Onda 8 mart ərəfəsi idi. Səhər yuxudan ayılanda gördüm ki, bir qucaq qızılgül başımın üstünə qoyulub. Heç kimi gülləri qırmağa qoymurdum. Anam gülləri gətirib “8 martda bazara çıxmayacağam. Ancaq səni təbrik etmək üçün bu gülləri gətirdim” - dedi. Anam məni həvəsləndirmək üçün bayırda havanın çox gözəl olduğunu söylədi. Mən ancaq həmin mart ərəfəsini yadımda saxlamışam. Onda 27-28 yaşım var idi.
- Deyirlər, AzTV-də diktor işləyəndə Sizi uzaqdan görmək üçün televiziyanın qarşısına pərəstişkarlarınız düzülürmüş...
- Orada işləyən insanlar mənə məhəbbətlə baxırdı. Bütün işçilər xətrimi istəyirdi. Mən oradan gedəndə çox heyfsiləndilər. Qaldı pərəstişkara, indiyə kimi də eşidirəm ki, bir çox adamlar o vaxt televiziyanı mənə görə açmırmış.
- Niyə getdiniz AzTV-dən?
- Çox yorulmuşdum. Fikirləşirdim ki, nə qədər xəbər oxuyacağam. Ürəyimdən müəlliməlik keçirdi. Və getdim İncəsənət Universitetinə.
- İndi televiziya diktorlarına baxanda nə düşünürsünüz?
- Mən işə çox səliqəli geyinib gedirdim. İndiki diktorların danışığı məni qane eləmir. Biz bir dil bilirik. O dildə də pəltək danışırıq. Söz gərək yerində deyilsin. İndi aparıcılar efirə ləhcə gətirirlər.
- Bu gün ən çox bəyəndiyiniz diktor kimdir?
- Bir qız var idi ANS televiziyasında, Aytən adında. O, çox mükəmməl aparıcı idi. Bilmədim hara getdi. İndi bir də Az.TV-də aparıcılıq edən Səxavət Nuru çox bəyənirəm. Adama danışmağa imkan verir. Efirə dəvət elədiyin qonağa danışmağa imkan vermək çox önəmli məsələdir.
- Nə əcəb indiyə kimi Sizə fəxri ad verilməyib?
- Gərək yada düşəsən. Mən buna görə heç kimin qapısını döymərəm. Gələn il yetmiş yaşım tamam olacaq. Ola bilər yubileyimi keçirtdim. Gərək, bunu Mədəniyyət və Turizm Nazirliyi, Yazıçılar Birliyi eləsin. Vaxtları yoxdur mənim haqqımda düşünməyə. Ancaq bir neçə il əvvəl ölkə başçısı bu barədə fikirləşdi və məni prezident təqaüdünə layiq gördü. Ona minnətdaram.
- Qızınızın deputat kimi fəaliyyətindən razısınız?
- O çox işləyir, yorulur. Jalə həm də türkoloq professordur. Açığını deyim ki, ondan çox razıyam. Bəzən görürsən qayğılıdır. Mən bilirəm ki, deputat olmaq çətindir. Ancaq bir şey var ki, o, çox ürəklə işləyir. Onun tərbiyəsi, mənəviyyatı zəngindir.
- Deyirlər, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin qəhrəmanı Təhminə obrazı Sizin həyatınızdan götürülüb...
- Anar məni diktor kimi tanıyırdı. Ola bilsin, mənim danışıq tərzim, ifadələrim onun yadında qalıb. Təhminə də diktor idi. Onun əsərdə yaşadıqları isə heç uyğun deyil mənim həyatımla. Açığını deyim ki, Anar əsəri çox güclü yazıb. Rejissor işi isə alınmayıb. Yəni bu filmi çəkə bilməyiblər. Təhminən iç dünyası gözəl idi. Filmdə isə onun etdiyi hərəkətlər, vərdişləri mənə yaddır. O, mənə necə oxşaya bilər axı? Getdi içdi, həyatını itirdi. Mən isə ana südündən başqa ancaq su içmişəm.
Onu yazan bilir ki, kimin həyatını qələmə alıb. O əsərdə həyatı qələmə alınan adam ölüb.
- Ötüb keçən gözəlliyinizə görə heyfsilənmirsiniz ki?
- Gözəlliyimin qədri bilinmədi, heyf oldu getdi. Gözəlliyimə yaraşan həyatım olmadı. Bir dəfə qardaşım mənə baxıb dedi ki, ay bacı, sən indi şahın süfrəsində oturmalısan. O, məni çox gözəl duyurdu. O, görürdü ki, kimlər xoşbəxtlik tacını başına qoyub gəzir... Mən indi başa düşürəm hər şeyi. Şəkillərimə baxanda deyirəm ki, İlahi, bu qızdakı nə gözəllik olub belə? Yəqin belə olacaqmış... Bir də mən o vaxt heç nəyi axtarmırdım axı...
Elbrus Ərud

3944