Xalq artisti Sərvər Qəniyevin cənazəsi Vətənə gətirilib
Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyevanın APA-ya verdiyi məlumata görə, mərhum uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Sərvər Qəniyevin cənazəsi bu gün Azərbaycana gətirilib və sabah öz Vətənində dəfn olunacaq. F. Əliyeva deyib ki, vida mərasimində iştirak etmək məqsədi ilə Bilkənd Universitetinin rektoru Əli Doğramaçı və TÜRKSOY təşkialtının baş direktoru Düseyn Kaseinov da ölkəmizə gəlib. Mərhumla vida mərasimi sabah saat 12:00-dan 14:00-a kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək.
Sərvər Soltan oğlu Qəniyev 1937-ci ildə Bakıda anadan olub. Konservatoriya nəzdindəki onillik musiqi məktəbini skripka aləti üzrə bitirdikdən sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasına skripka ustası Sıqanovun sinfinə daxil olub. Aspirantura təhsilini başa vurandan sonra Bakıya qayıdıb, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb.
O, SSRİ-nin bir çox şəhərlərində geniş konsert proqramları ilə çıxış edib. Azərbaycan bəstəkarlarının bir sıra yeni əsərlərinin ilk ifaçısı olub.
1993-cü ildən Türkiyədə işləyirdi. Ankara şəhərindəki Bilkənd Universitetində skripka üzrə müəllim, Akademik Kamera Orkestrinin dirijoru və Beynəlxalq Akademik Böyük Simfonik Orkestrin solisti olub.

Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37