Niyazinin mənzil muzeyinin saytı yaradılacaq
06 sentyabr 2010 19:57 (UTC +04:00)

Niyazinin mənzil muzeyinin saytı yaradılacaq

Bunu Lent.az-a Niyazinin mənzil muzeyinin direktoru Rza Bayramov deyib. Onun sözlərinə görə, bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə də müraciət olunub: “Niyazinin mənzil muzeyi Musiqi Mədəniyyəti Muzeyinin filialıdır. Filial olaraq, muzeyin saytında bizə aid bölüm var. Amma biz muzeyin ayrıca saytının yaradılmasını istəyirik. Orada Niyazi haqqında bütün məlumatlar, yeniliklər, tədbirlər öz əksini tapacaq”.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848

Oxşar yazılar