Qəbələ II Musiqi Festivalının iştirakçıları bir araya gəldilər
Lent.az-ın məlumatına görə, festivalda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, Azərbaycanın və SSRİ-nin xalq artisti Fərhad Bədəlbəyli, əməkdar incəsənət xadimləri Azad Əliyev, Fəxrəddin Kərimov, əməkdar artistlər, Beynəlxalq müsabiqələr laureatları Yeganə Axundova, Murad Hüseynov, pianoçu Səidə Tağızadə, violonçelist Aleksey Miltıx, Opera və Balet Teatrının solistləri Gülnaz İsmayılova, Səbinə Əsədova, Fəridə Məmmədova və başqaları iştirak edib.
Festivalın gedişatı barədə ətraflı məlumat verən Fərhad Bədəlbəyli bildirib ki, ötən ilkinə nisbətən bu il tamaşaçılar daha hazırlıqlı olub: “Birinci festivalda camaat heç hazırlıqlı deyildi. Yerli orqanlar konsertlərə gəlmək üçün əhalini məcbur edirdi. Amma bu il mən çox xahiş etdim ki, belə məcburiyyət olmasın. Sevindiricidir ki, məcburiyyət olmadığı halda, konsertlərə gələn tamaşaçıların sayı çox idi və onlar sona qədər oturub ifaları dinləyirdilər”.
F. Bədəlbəylinin sözlərinə görə, konsertlərin birində Yeganə Axundovanın “İspaniyanın gecələri” ifası zamanı işıq sönüb. Amma sənətçi özünü itirməyib. Vaqif Mustafazadənin əsərlərini eyni oktavada improvizə etməyə başlayıb. Bir neçə dəqiqə sonra işıqlar yananda isə ifasını davam etdirib.
Görüşdə festivaldan kadrlar nümayiş olunub. Eyni zamanda Fərhad Bədəlbəylinin “Şuşanın fəryadı” əsəri də səslənib.
Xəyalə

Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37