Türkiyədə “Azərbaycan Muğam Fırtınası 2”
04 sentyabr 2010 13:52 (UTC +04:00)

Türkiyədə “Azərbaycan Muğam Fırtınası 2”

Mədəniyyət Dərnəyindən Lent.az-a verilən məlumata görə, konsertlərdə 2008-ci il Muğam Müsabiqəsini 3-cüləri Nasir Atapur və Rəvanə Ərəbova solist olaraq qatılacaq.

Konsertlər İqdır (15 sentyabr ), Qars (16 sentyabr), Ankara (17 sentyabr), Amasya (18 sentyabr), İzmir (20 sentyabr) və İstanbulda (21 sentyabr) təşkil olunacaq. Xalq konsertləri tamaşaçılar üçün pulsuz keçiriləcək.

Qeyd edək ki, “Azərbaycan Muğam Fırtınası” proqramında Azərbaycan Mədəniyyət Mərkəzi Dərnəyi ilə Qars Azərbaycan Mədəniyyət Dərnəyi, Ankara Iğdırlılar Mədəniyyət dərnəyi, İstanbul Azəri Kültür və Sənət evi Dərnəyi də əməkdaşlıq edir.

Xatırladaq ki, ötən il də “Türkiyədə Muğam Fırtınası 1” adı ilə muğam konsertləri keçirilib. Bu konsertlərə xanəndələr Mütəllim Dəmirov və İlahə İbadova solist qismində qatılıblar.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845

Oxşar yazılar