Cənnət Səlimova: “Erməni desə ki, Azərbaycanın böyük mədəniyyəti, ədəbiyyatı var, mən o ermənini öpərəm” - MÜSAHİBƏ
Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova ilə aktyor, rejissor Nicat Kazımov arasında yaşanan problem hələ də gündəmdə qalmaqdadır. Nicat Kazımov müxtəlif mətbuat orqanlarında öz fikirlərini bildirsə də, Cənnət Səlimova onun dediklərinə cavab verməmişdi. Lent.az bununla əlaqədar tanınmış rejissor Cənnət Səlimova ilə olan söhbəti olduğu kimi təqdim edir.
- Mən qətiyyən ona cavab vermək istəmirəm. Çünki bilirsiz necədi? Dəvə olmadığımı sübut etmək gülməlidir. Ona necə cavab vermək olar?! Mən heç özümə haqq da qazandırmayacam.
- Susmaqla onun dediklərinə haqq qazandırmış olmursuz?
- Nicata mən yalnız bir şey deyə bilərəm. Onunla ünsiyyət qurmaq olmur. Onun yanında dayanmaq olmur. O, çirkin adamdı. 38 yaşı var. Bu, rejissor üçün böyük yaşdır. Həmişə deyir ki, “Ana qaz”ı səhnələşdirmişəm. “Ana qaz” bir neçə dəqiqəlik adi nağıldır. 40 yaşlı biri nağıl müəllifidir və bunu hər yerdə car çəkir. Ayıbdır, 38 yaşı var, deyir mən nağıl səhnələşdirmişəm. Mən onun yaşında 55 tamaşa qoymuşdum. Özü də Hüseyn Cavidi, Dostoyevskini, Çexovu. Moskvada, Sankt-Peterburqda, Kiyevdə, Daşkənddə göstərmişdik. Mən susuram, bunları demirəm. O isə “Ana qaz”dan danışır. Bu nə deməkdir?
- Dediklərinizdən belə anlaşılır ki, rejissor kimi onun işini bəyənmirsiz.
- Qətiyyən. Yeri gəlmişkən, o, çox düzgün deyir. Mən ona demişəm ki, sən rejissuranı öyrənməlisən. Çünki rejissura sənətdir. O da cavab verir ki, “mən öyrənməyə hazırlaşmıram. Xüsusən də Cənnət Səlimovadan. Mənim bir müəllimim var – Bəxtiyar Xanızadə”. Düzgün deyir. Təsəvvür edin ki, Şövqi Hüseynov Bəxtiyar Xanızadənin yanında işləyir. Bəxtiyar ona deyir ki, “mən sənə plastiki yerişi, rəqs etməyi öyrədirəm”. Şövqü də ona cavab verir ki, “siz məni öyrətməyin, mənim bir müəllimim var, o da Cənnət xanım”. Bəxtiyar bu sözə nə cavab verməlidir? Deyəcək ki, “onda get Cənnət xanımın yanına, niyə mənim teatrımda işləyirsən?”
- Nicat Kazımov özü də sizin tamaşaları bəyənmir. Deyir onların bədii keyfiyyəti aşağı səviyyədədir, sionist mövqelidir.
- Qeyri-təvazökar olsa da, buna belə cavab verəcəm. Drezden qalereyasında bir sərgi keçirilirdi. Rafaelin “Sikstin madonnası” da əsərlər arasında idi. Bir nəfər əsərə yaxınlaşıb dedi ki, “mənim başım çıxmır da, hamı deyir “Sikstin madonnası”, amma mənim xoşuma gəlmir”. Yanında duran bir nəfər qayıdıb cavab verdi ki, “bilirsiz, bu “Sikstin madonnası” o qədər adamda heyranlıq yaradıb ki, kimin xoşuna gəlib-gəlməməyi artıq özü seçə bilir”. Mən özüm seçə bilərəm kimin xoşuna gəlim, kimin yox. Əlbəttə, xoşuna gəlməyəcək. Məgər “Şeyx Sənan” onun xoşuna gələ bilər? Məgər o, “Şeyx Sənan”ın ideyasını başa düşə bilər? Baxmayaraq ki, oğlunun adını Sənan qoyub, o oğul da Cavidin kim olduğunu heç bilmir. Siz mənə deyin görüm, “Şeyx Sənan”ın ideyası onu xoşuna gələ bilər? Əgər o ideyaca, prinsipcə faşistdirsə, Şeyx Sənan necə onun xoşuna gələ bilər? Hüseyn Cavid deyir ki, insan münasibətlərinin kökündə sevgi durur, din, millət yox. Nifrətdən titrəyən adam bunu necə başa düşə bilər? Şeyx Sənanı, Aydını necə sevə bilər? Ümumiyyətlə, mən niyə öz tamaşalarımı saymalıyam? Nə qədər tamaşa qoymuşam. Onların arasında uğurlusu da var, uğursuzu da. Kimin rejissor olmasından danışanda məgər şübhə yaranır ki, kimdir rejissor, Cənnət Səlimova, yoxsa Nicat Kazımov? Yaxşı ki, bu tamaşalar onun xoşuna gəlmir. Çünki savadsız adamdı. Özü də həddindən artıq. Ümumiyyətlə, onun nə ixtiyarı, hüququ var, sənətdə nə iş görüb ki, məni ittiham edir. Və min dəfə üzr istəyirəm, mən 50 ildir Azərbaycan teatr sənətindəyəm. İndi Nicata rejissor olub olmadığımı sübut etməliyəm?
- Nicatın sözlərinə görə, siz Natalya Başovaya demisiz ki, fikir vermə, bu vəhşi xalqdır. Belə şey həqiqətən olub?
- Belə şey nəinki olmayıb... Mən teatrıma, uşaqlarıma bütün canımı vermişəm. Mənim üçün onlardan yaxın heç kim yoxdur. Necə deyə bilərəm ki, bu, vəhşi xalqdır. Onlar mənim üçün ən dəyərlilərdir (ağlayır). Bunu necə deyə bilərəm, əgər həyat yoldaşım Qəzənfər azərbaycanlı idi və mən onu çox sevirdim, indi də sevirəm. Necə əclaf, faşist, yaramaz olmaq lazımdır ki, belə deyəsən. Mən bütün həyatımı vermişəm. O, mənim bu xalqa elədiyimin bir damlasını da etməyib. Mən Başovaya belə söz deyə bilərəm?! Mən sizə deyirəm ki, o yalançı, böhtançı, çirkli adamdır, çirkli. Ona əl vermək olmaz. Onun yanında dayanmaq olmaz.
- Onu da iddia edir ki, əlində lent yazısı var, orda demisiz ki, “mən erməni xalqını çox sevirəm və qarşısında baş əyirəm”.
- Onda belə bir lent yazısı yoxdur. Qoy o lenti sizə göstərsin. Məcbur edin göstərsin. Məsələ ondadır ki, lent var. Amma o bunu göstərməz. Çünki bu lent onun adına ləkə salır. Onun bunu deməyə haqqı yoxdur. Bədii Şuranın daxilində baş verənləri kənara çıxarmağa haqqı yoxdur. Özü də mən bunu tamam başqa əsasla demişəm. O deyəndə ki, “bu sizin yəhudi-erməni...” dedim “siz Bədii Şurada necə danışırsız? Mən yəhudi xalqına hörmət edirəm, yəhudi faşizminə nifrət. Mən erməni xalqına hörmət edirəm, erməni faşizminə nifrət. Mən alman xalqına hörmət edirəm, alman faşizminə nifrət. İnsanın milli mənsubiyyəti nə üstünlük, nə də əskiklik göstəricisidir”. Bədii Şurada mən bunu demişəm. Məni düzgün başa düşün. Mən Bədii Şurada durduğum yerdə birdən-birə niyə deməliyəm ki, ermənilər böyük xalqdır. Mən ixtisasca filoloqam. Çox oxumuşam və çox bilirəm. Erməni ədəbiyyatının, erməni poeziyasının nə olduğunu bilirəm. Erməni faşizminin və erməni əclaflığının da nə olduğunu bilirəm. Bunlar fərqli şeylərdir. Mən sizə düzünü deyirəm - əgər Azərbaycana nifrət edən hansısa erməni desə ki, mən Azərbaycana nifrət edirəm, amma etiraf etmək məcburiyyətindəyəm ki, onların dahi Füzuli, Nəsimi, Nizami, Vaqif, Səməd Vurğun, Hüseyn Cavidi, böyük mədəniyyəti, ədəbiyyatı var, mən o ermənini öpərəm. Bu o deməkdir ki, o erməni Füzulinin, Nizaminin kim olduğunu bilir. Mənə bunu demək çətindir, amma qoy Nicat inciməsin, o, Mauqlidir, meşədən çıxıb, insan deyil. Heç bir anlayışı yoxdu – nə mənəvi-əxlaqi, nə də mədəni. Ona görə də yenə deyirəm, o, mənim onunla danışmağıma layiq biri deyil. Mənim sizə dediklərimin hamısını vurğulayaraq yazın ki, Cənnət xanım bu adamla ümumiyyətlə, ünsiyyətə girmir. Qoy, mənim haqqımda nə istəyir desin. Bu gün deyəcək mən erməniləri sevirəm, sabah da deyəcək rüşvət alıram. Qoy, nə istəyir desin.
- Cənnət xanım, Nicat Kazımovun yeni mövsümdə teatrdakı işinin aqibəti necə olacaq? Siz demisiz ki, ya mən deyəni etməlisən, ya da mənimlə işləməyəcəksən.
- Bizim formalaşmış repertuarımız var. Onlar bunu özləri müəyyənləşdirəcək. Mən yenə deyirəm, gəmi var, bir də onun kapitanı. Mən bu gəmini öz kursumla idarə edirəm. Onun istiqaməti, çatacağı mövqe var. Gəmi hərəkət edir. Əgər kimsə həmin istiqamət üzrə hərəkət etmək istəmirsə, yaxın portda düşsün, sahilə enib başqa gəmiyə minsin və istədiyi yerə getsin. Bütün problem bundadır. Məgər mən kimisə tutub saxlamışam, qoymuram getsin?! Belə adamların sayı cəmi 5-dir. Truppa isə 87 nəfərdən ibarətdir. Kimsə bu istiqamət ilə getmək istəmirsə, xoşuna gəlmirsə, onu istədikləri yerə aparan gəmiyə minsin. Burda heç bir böyük problem yoxdur.
- Gənc Tamaşaçılar Teatrının aktyorları ilə Kamera Teatrının aktyorları arasında ayrı-seçkilik qoyduğunuz deyilir. Bu mövsümdə onlara hansısa tamaşanın baş rolunu həvalə etmisiz?
- “Romeo və Cülyetta”nın baş rolunda Gənc Tamaşaçılar və Gənclər teatrlarının aktyorları iştirak edir. İki rol isə Kamera Teatrının aktyorlarına verilib. Ümumiyyətlə, artıq Gənclər Teatrı, Kamera Teatrını unutmaq lazımdır. Bu artıq yeganə, vahid teatr, truppadır. Hamı bir-birinə qaynayıb qarışıb, normal işləyirik. Həmin bir neçə adam, kimləri ki bu qane etmir, bütün bu səs-küyü, şounu yaradıblar. Bu gün mənə yüksək rütbəli məmur dedi ki, buna fikir verməyin. Teatrda həmişə belə şeylər olur. Kimsə razıdır, kimsə narazı. Qoy özləri üçün qışqırsınlar.
- Narazı olanlar arasında Nicatdan başqa kimlər var ki?
- Bütün truppa işləmək istəyir. Aktyor elə insandır ki, daim işləmək istəyir, işləyəcəklər də. İstənilən teatrda razı və narazılar var. Amma Gənc Tamaşaçılar Teatrında təəssüf ki, mübarizənin inersiyası var. Ömrü boyu onlar kiminləsə mübarizə aparıblar. İndi də kiminləsə mübarizə aparmaqda davam edirlər. Loğmanla, Ağakişiylə, Azər Paşayla... Rus Dram Teatrıın, “Azdrama”nın Bədii Şurasında nələrin baş verdiyini heç kim bilmir. Amma 10 ildir Gənc Tamaşaçılar Teatrında nə baş verdiyini hamı son sözədək bilir. Çünki bu adamlar hər şeyi anında kənara çıxarırlar. Necə deyim, tərbiyəsiz uşaqlardı. Yenə deyirəm, bu, çox vacibdir, onların sayı cəmi beşdir. Və bu 5 nəfər bütün teatrın adına ləkə salır. Teatr işləmək istəyir, uğurla da işləyir. Kollektiv gəncdir. Gözəl tamaşalar göstərilir. Camaat gəlir bu tamaşalara. Gənc Tamaşaçılar Teatrına qədər Azərbaycanda elə bir teatr yox idi ki, il ərzində eyni vaxtda 5 klassikin əsəri tamaşaçı toplayaraq göstərilsin. Son 25 ildə Azərbaycanda elə bir teatr olubsa, tanıyırsınızsa, adını çəkin. Təkcə Axundov, Cavid, Cabbarlı göstərilirdi, amma beşi eyni vaxtda olmayıb. Niyə Nicat bunu görmək istəmir? Azərbaycanlıdı axı. Deyir ürəyim yanır. Halbuki əsgərlikdə olmayıb, heç vaxt orduda xidmət etməyib. Niyə demir fəxr edirəm ki, Gənc Tamaşaçılar Teatrının səhnəsində Hüseyn Cavidin adı, mətni 20 dəfə səslənib. Niyə demir ki, xoşbəxtəm ki, Cəfər Cabbarlı bizim səhnəmizdə 15 dəfə göstərilib və tamaşaçılar bunu heyranlıqla qarşılayıb. Niyə demir ki, Axundovun “Xırs Quldurbasan”ında bütün zal qəhqəhə çəkirdi. Niyə bununla qürur duymur? O azərbaycanlıdı da, başqa millətdən deyil. Bəs niyə fəxr etmirsən, azərbaycanlısan axı. “Get burdan” demək əvəzinə media da onun sözlərini yazır, məşhurlaşdırır. O, bununla özünə piar qazanır. Şadlıq evindən başqa kim onu rejissor kimi tanıyır? Amma indi məşhur oldu. Kimdi Nicat ki, mən ona cavab verim?
- Yeri gəlmişkən, Nicat sizin bir tərəfinizin yəhudi, bir tərəfinizin ləzgi olduğunu deyir. Əslində milli mənsubiyyətiniz nədir?
- Mən Azərbaycanda 70 il yaşamışam. Anam da, atam da Azərbaycanda anadan olub. Qardaşım Lütfi Zadə də Azərbaycanda dünyaya gəlib. Mənim anamla onun anası doğma bacıdır. Mən onları ikinci valideynlərim sayıram. Təsəvvür edin, bu 70 ildə mən bir dəfə də eşitməmişəm məndən anamın, atamın milli mənsubiyyətini soruşsunlar. Mən onlarla həmişə fəxr etmişəm. Nicat hesab etdi ki, məni təhqir etdi, pis bir sirrimi açdı. Amma mən bununla fəxr edirəm. Niyə Lütfi Zadə fəxr etməlidir ki, anası yəhudi, atası azərbaycanlıdır, mən də bununla fəxr edirəm. Bu, qürurdur. Fəxr edirəm ki, İlham Əliyev Rus Dram Teatrına gəlib yəhudi Şarovskini ordenlə təltif etdi. Niyə bu Nicat siyasəti təhqir etməlidir? Buna nə haqqı var?
- Haqq qazandırmamalısınız, hər halda cavabını verməlisiz ki, həqiqət ortaya çıxsın.
- Nə dedimsə, sizə dedim. Xahiş edirəm bunu yazın, Cənnət xanım onunla danışığa getməyi özünə təhqir hesab edir. Bu, mənim üçün təhqirdir – onunla danışığa getmək və nədəsə özümə haqq qazandırmaq.
- Aydındı. Bir də onu soruşum ki, bu işlərin axırı necə olacaq? Nə vaxta kimi teatrdakı yaradıcı iş yox, belə söz-söhbətlər səs-küy qoparacaq?
- Mən bu yay mövsümündə çox işlədim. “Romeo və Cülyetta”nın ədəbi redaktoru və bəstəkarı ilə, Tamara Vəliyeva, Əli Əmirli, Elçinlə işlədim. Mən belə xırda şeylərə, məqalələrə fikir vermirəm. Belə şeylərə o, ömrünü sərf edir, yazır. Tamaşa qoya bilmir axı. Yaradıcılığı yoxdu. Heç nə edə bilmir. Ona görə də bu işlə məşğul olur. Məşğul da olacaq. Biz isə yaradıcılıqla məşğul olacağıq. Mənim işim, yaradıcılığım var, bununla məşğulam, onun kimilərlə yox. Belə adamlarla ünsiyyətə girmək mənim üçün təhqiredici və xoşagəlməzdir.
Xəyalə Muradlı

2250