Yalçın Rzazadə: “Bu, mənim son müraciətimdir...” - MÜSAHİBƏ
Lent.az-ın “Persona” rubrikasının qonağı xalq artisti Yalçın Rzazadədir. Yalçın Rzazadə bizimdə söhbətdə həyatından, problemlərindən, arzu və istəklərindən danışdı...
- Özünüzü necə hiss edirsiniz?
- Məndə qan təzyiqi bir az yüksəkdir, hərdən problem yaradır. İndi özümü yaxşı hiss edirəm
- Müalicə barədə düşünürsünüzmü?
- Gərək ildə heç olmasa iki dəfə Türkiyəyə müayinəyə gedim. Bu il iyunda getməli idim bir az problemlər olduğu üçün qaldım. İmkan, şərait olsa, sentyabrda, yaxud oktyabrın əvvəllərində müayinə üçün gedərəm.
- Türkiyəyə gedə bilməməyinizin səbəbi maddi çətinlikdir?
- Əlbəttə. Maddi vəziyyət həmişə bizi kimisinə problem olur.
- Böyük sənətkarımızsınız, dövlət qurumları vəziyyətinizdən xəbərdardırmı, müraciət edibsinizmi?
- Mən heç vaxt kiməsə kompliment deməyi xoşlamamışam.
- Səbəb nədir?
- Vətən deməyim yalançı, boğazdan yuxarı olmayıb. Mən 13 dəfə döyüş bölgələrində olmuşam. Goranboy və Füzulidə cəbhə xəttində zirehli gödəkçə geyindirib, “kaska” taxıblar ki, snayperlə vurmasınlar. Bunu özümə qəhrəmanlıq da saymıram. Ora heç kamera da aparmamışam. Bəziləri nəinki ön, arxa cəbhədəki hissələrə gedib, tez videoya çəkdirirlər ki, sonra özlərini reklam etsinlər. Mən böyük dünya səhnələrində, Müslümlə, digərləri ilə yer almışam, heç vaxt özümü reklam etməmişəm. Bu gün belə bir baryer yaranıb. Telekanallara gedirəm, mənə böyük sənətkar, təkrarsız sənətkar, dahi sənətkarımız, son vaxtlar isə “sonuncu mogikan” deyirlər. Mənim klassik ifam, stilim ölür, daha gələcəyi yoxdur, bunu bilirəm. O gün də Rəfael Hüseynov dedi ki, siz “mogikan” yox, bizim böyük klassikimizsiniz. Keçən əsrin 60-cı illərində Azərbaycan incəsənətinin, mədəniyyətinin böyük nümayəndələri üzə çıxdı, bir axın oldu. Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, daha sonra 60-cı illərin axırında Emin Sabitoğlu, Oqtay Kazımi, Elza İbrahimova, Telman Hacıyev, Ramiz Mirişli, Nəriman Məmmədovun adını çəkmək olar. Mən onların əhatəsində, ətrafında oldum. Fondumda 500-ə yaxın gözəl lent yazılarım var. Mən özümü bu dahilərin yadigarı sayıram. Mən 70-ci illərin nəslindənəm. O axın artıq 80-ci illərin əvvəlində bitdi və mədəniyyətimizdə, incəsənətimizdə cılızlaşma başladı. Mən indi bu gün oxuduğum mahnılara baxıram. Təəccüb edirəm ki, haçan bu qədər mahnılar oxumuşam, vaxt necə çatıb. 46 xarici ölkədə olmuşam, SSRİ məkanını qarış-qarış gəzmişəm. Toylarda, pambıq tarlalarında oxumuşam, günün altında burnumdan qan açılıb. Bu gün baxıram, görürəm ki, mənim yaratdığım, ifa etdiyim mahnılar böyük nəslin də, orta nəslin də, gənc nəslin də repertuarında var. Mənə sual verirlər ki, niyə sizin adınızı çəkmir, demirlər ki, bu mahnı sizin repertuarınızdandır. Deyirəm, xoşbəxtəm ki, oxuduğum mahnılar 30 il, 40 il sonra da bizim nəslin repertuarındadır. Xoşbəxtəm ki, Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Oktay Kazımi, Elza İbrahimov, Telman Hacıyev və başqa bəstəkarlar haqqında veriliş çəkiləndə birinci məni yada salırlar. Bilirlər ki, mənim bu bəstəkarlarla möhkəm dostluğum, ünsiyyətim olub. Amma bu qədər sözdən sonra sizin sualınıza cavab olaraq deyirəm ki, heç vaxt anadan olduğum gün mənə heç bir nazirlikdən, heç bir yerdən bir zəng, məktub gəlməyib. Heç kəsin yadına düşməmişəm. Amma dövlətdə elə şəxsiyyətlər var ki, mənə kömək də etdilər, Türkiyəyə müalicə üçün gedə bildim. Elə şəxsiyyət var ki, mənimlə görüşəndə dedi ki, siz Azərbaycan mədəniyyətinə, musiqisinə qənimətsiniz. Mən böyük şəxsiyyətin dilindən eşitdiyim bu sözü unutmayacam. Ulu öndərimiz Heydər Əliyev 1979-cu ildə mənə əməkdar artist adını verdi. Dövlət mükafatı laureatı oldum, xalq artisti adı verildi. Yəqin ki, müəyyən vaxt gəlib çatır ki, sənətkar öz qüvvəsini bilir, xalqın böyük hörmətini qazanmağı bacarır. Millət ona şəxsiyyət kimi baxır. Yenə də xoşbəxtəm ki, mənə şəxsiyyət deyirlər. Mən öz şəxsiyyətimi tapdalamamışam, qoruyub saxlamışam. Amma yaşın, yəqin sənətin də elə vaxtı olur ki, istəyirsən ki, kreslosu bir qədər yuxarıda olan insanlardan sənə diqqət olsun. Bax bu diqqəti görməyəndə sınıqlıq əmələ gəlir. Ürəyimdə narahatlıq hiss edəndə kimsənin bilməsini istəmirdim. İstəmirdim ki, fikirləşsinlər ki, bu yazıq xəstələnib. Amma bunu gizlətmək olmaz, göz qabağında olan sənətkaram. Moskvadan mənə zəng etdilər. Dedilər ki, Moskvada hansısa qəzetdə şəkliniz verilib, Moskvadakı ziyalılarımız yığılıb, pul toplamışıq. Bildirdilər ki, bir həftədir ki, telefonumu axtarıb, nəhayət, tapıblar. Bu pulu hara və necə göndərmək gərəkdiyni soruşdular. Xabarovskdan, Novosibirskdən, Saratovdan, o cümlədən Norveçdən, İngiltərədən, Tehrandan, Təbrizdən də azərbaycanlılar zəng açmışdılar. Mən onda başa düşdüm ki, boş yerə yaşamıram. Öz yaşadığım torpaqda yadda qalmasam da, yada düşməsəm də, dünyanın çox yerlərində mənim üçün narahatdırlar. Xəstəxanada yatanda xahiş etdim ki, bunu gizli saxlasınlar. Mənə zəng edirdilər. Evdən dedilər ki, telekanallar sənin mahnılarını göstərir, verilişlər hazırlayır, qəzetlər yazırlar. Bilməzdim ki, mənə bu qədər böyük məhəbbət var. Mən bir dəfə keçən il mayda Türkiyəyə getdim. Birinci dəfə Türkiyəyə gedəndə onlar gəlib məni xəstəxanada tapdılar. Məcbur oldum, kiçik müsahibə verim. Ondan sonra gördüm ki, müsahibəm dünyanın hər yerinə yayılıb. İkinci dəfə Türkiyəyə gedəndə artıq xəstəxanada tapşırdım ki, kim gəlsə, zəng etsə, deyin ki, xəstəxanaya gəlməmişəm. Xəstəxanada Allahımın qarşısında sakit öz işimi gördüm.
- Az əvvəl sizi münsiflər heyətində də gördük…
- Bir ay əvvəl dövlət səviyyəsində münsiflər heyəti seçdilər. Bizim ulu öndərimizin anadan olması münasibətilə festival keçirilirdi. Mən, Baba Vəziroğlu, Faiq Sücəddinov Lənkərana, Gəncəyə getdik, Bakıda gəzdik, Xalq Təsərrüfatı Universiteti və digər ali məktəblərdə seçim etdik. Gənc Tamaşaçılar Teatrında dövlət səviyyəsində gözəl bir konsert alındı. İndi də yenə çalışıram, mahnılar hazırlamışam. 2 ay əvvəl 1-2 mahnı oxudum, qulaq asdılar. Dedilər ki, Yalçın müəllim, sizin oxuduğunuz mahnı sanki iti bıçaq kimi insanı kəsib doğrayır. Mən həmişə mahnılarımda ürəyimi qoymağa çalışmışam. Nəticə odur ki, xalqın mənə qarşı istiliyini həmişə hiss edirəm.
- Yəni bu xalqın sənətkarı olduğunuza görə təəssüflənmirsiniz?
- Xeyr. Əsas xalqdır. Məni nə basmaq, nə basdırmaq olar. Çünki xalqın ürəyində olan sənətkarlar barmaq sayı ilə ölçülür. Bu gün deyirlər i, bizim Seyidimiz, Xanımız, Bülbülümüz, Rəşidimiz, Şövkətimiz, Vaqif Mustafazadəmiz olub və deyirlər ki, bu gün Yalçınımız var. Xalq məni o sıraya salırsa, bundan böyük qiymət ola bilməz.
Ümumiyyətlə, sənətkar yaşayış barədə fikirləşməməlidir. Demirəm ki, mənim üçün 10 mərtəbəli imarət tikilsin. Təyyarəyə oturdum, Türkiyəyə müalicə üçün uçdum, 1 həftə, 10 gün qaldım, rahat gəldim. Hər halda mənim özümə də can sağlığı lazımdır. Bu gün səsim yerindədir, yaxşı mahnılar oxuya bilirəm. Onlar təkrarsız ola bilir, çünki mənim səsimi təkrar etmək mümkün deyil, çətin səsdir. Flora Kərimov iki telekanalda dedi ki, Yalçından sonra onun oxuduğu mahnını oxumaq böyük riskdir, mümkün deyil, ancaq mən bir neçə dəfə risk edib oxumuşam. “Dədə Qorqud” filmindəki mahnını hamı sevir. Amma çox ifaçılar o mahnını oxumaq istəsələr də, oxuya bilmirlər. Görürlər ki, nə qədər çətin mahnıdır. Sadəliyin özündə də çox ciddi çətinliklər var. Amma sənətkar fikirləşməməlidir ki, pencəyi köhnəlib, necə təzəsini alsın, axı millət həmişə onu yaxşı geyinən görüb.
Sənətə verilən yaradıcılıq vaxtının çoxu necə yaşamaq barədə fikirləşməyə gedir. Gərək sənətkar fikirləşməsin. Qurban bayramında Türkiyədə xəstəxanada idim, konsertlər gedirdi. Qayaxan, İbrahim Tatlıses böyük sənətkarlardır, amma onlar çox zəngin yaşayırlar. Mən zəngin yox, çətin yaşayıram. Ömrü boyu çətin yaşamışam. Arada bir dəfə müəyyən yoldaşlar bir qədər kömək etdilər, bunu birinci dəfə deyirəm. Gəlib mənə dedilər ki, siz əvvəllər necə geyinib millətin zövqünü, gözünü oxşayırdınız, kömək edək, yenə elə geyinin. Müəyyən kömək oldu, sonra o da dayandı. Müayinə barədə sual verdiniz. Mən müayinəyə gedə bilmərəm axı! Türkiyəyə xəstəxanaya müayinəyə getmək üçün gərək restoranda, toyda oxuyum. Toyda, restoranda oxumaq eyib deyil, əziyyətdir, çətindir, zəhmət çəkib, çörək qazanırlar. Amma mən o yolun adamı olmamışam, həyatımı sənətimə qurban vermişəm. Çətinliklərə dözmüşəm ki, parlaq nə isə olsun,
özümdən sonra nə isə saxlaya bilim. Bu gün də sənətimin zirvəsidir, ən zirvə dövrünü yaşayıram. İstəyərdim ki, bu zirvədə yenə də çoxlu sənət nümunələri yaradım. Buna isə nə sağlamlığım imkan verir… Həm də bu yaşda insan istəyir ki, nəsə diqqət, reaksiya olsun. Diqqət olmayanda, sənətkar həssas olur. Bu sənətin böyük nümayəndəsi çox həssas, zərif, dəymə-düşər olur, nə isə gözləyir. Böyük sənətkar nə qədər qüvvətli olsa da, diqqətsiz qalanda gül kimi solur, sınır. Əlbəttə, mən hələlik sınmamışam, amma proses ona doğru gedir. Qorxuram ki, müəyyən vaxtdan sonra kimsəsizləşim, təklənib. Sənətkar üçün bundan ağır bir şey yoxdur.
Bir dəfə Nəsibə Zeynalova xəstələndi, efirdə Mədəniyyət və Turizm Nazirliyindən şikayətləndi. Ulu öndərimiz o saat tapşırıq verdi, çağırtdırdı ki, Nəsibə xanım üçün nə lazımdır, edin. Rəhmətlik Tofiq Quliyev barədə deyirdilər ki, ucuz siqaret çəkir. Çünki imkanı yox idi. Prezident hər şeyi əhatə edə bilmir, problemlər çoxdur. Amma prezidentin qulağına çatmışdı və o, çox əsəbiləşmişdi. Tofiq Quliyev kimi dahi sənətkara diqqət artdı. Bu, mənim son müraciətimdir. Azərbaycanda böyük sənətkar çox azdır. Bu gün bütün dünyada da, Azərbaycanda da sənətdə, mədəniyyətdə, incəsənətdə cılızlaşma gedir. Baxın, Rusiyada biabırçılıqdır. Türkiyənin özündə də belədir. Bu gün Azərbaycanda rəssamını, şairini, yazıçısını, heykəltəraşını, bəstəkarını, müğənnisini yığsan, mən akademik sənətkarları deyirəm, vallah yüz yox, heç əlli etməz. Mən bir sənətkar kimi onları qorumağa çağırıram. Bunlar canlı tarixdirlər, diridirlər. Cabir Novruza bir dəfə mahnı oxudum, Oqtay Kazimi musiqisini yazdı:
Sağlığında qiymət verin insanlara,
İstəmirəm vaxt-vədəsiz hər qiyməti.
Baş əyirəm milyon kərə,
Sağlığında iynə boyda bir hörməti
Ondan sonra min heykələ dəyişmərəm!
Yəni öləndən sonra min heykəl qoysunlar, onun xeyri olmur. Vaqif Mustafazadənin ürəyi çatladı, öldü. Dahi azərbaycanlı idi, böyük sənətkar idi. 6 il bir yerdə çalışmışıq. “Dan ulduzu” mənim adımla bağlıdır. Gülər xanımla, bir neçə yoldaşla bir yerdə yaratmışıq, ilk qaranquşlardan biri də mən olmuşam. Vaqif Mustafazadə ilə ansambl yaratmışam. Simfonik orkestr, estrada orkestri, xalq çalğı alətləri, “Sevil” ansamblı, “Xatirə” ansamblı, Yuri Silatyev, Aleksandr Mixaylov, Sankt-Peterburqda Leqbanın rəhbərliyi altında caz ansamblı… Mənim oxuduğum mahnıların hamısı radionun fondundadır. Böyük bir məktəb, böyük bir ömürdür. Amma ömrüm də hələ bitməyib. Mən müəyyən insanları, şəxsiyyətləri çağırıram ki, öz millətinin sənətkarlarına bir qədər daha çox diqqətli olsunlar. Barmaqla sayılan sənətkarlar gəlir, millətinin tarixinə adları yazılır və gedirlər. Onlar təkrar olunmurlar. Təkrarsız insanları qorumaq lazımdır.
- Yeri gəlmişkən, sənətə gəlişiniz necə olub?
- Mən Bayılda anadan olmuşam, ziyalı ailədə böyümüşəm. Anam bakılı, atam da Lənkəran tərəfdən idim. Atam Tiflisdə ali məktəbdə oxuyub, partiya məktəbini bitirib. Atam 1941-ci ildə müharibə başlayanda cəbhəyə gedib. 1941-ci ildə Şahrza adlı quldur olub, İran tərəfdən gəlib kolxozları, sovxozları yandırıb, yenə qaçırmış. Atamı müharibədən çıxarıb, Lerikə gətiriblər, orada katib işləyib. Atam bir neçə ay ərzində quldurları mühasirəyə alaraq məhv edib. Həyatı atın üstündə keçirdi. Bir dəfə ona dedim ki, artıq “partbilet” lazım deyil, kommunist dövrü qurtardı. “Partbilet”i əlimdən aldı, dedi ki, sənə bir şillə vuraram, bu, mənim namus-qeyrətim, əqidəmdir. Mən belə bir ailədə böyümüşəm. Sovet vaxtı rus məktəbində oxumaq prestij idi. Moskvada ali məktəbi qurtaranlara böyük qiymət verilirdi. Mən rus məktəbində oxumuşam. 3-cü sinifdə artıq bildilər ki, səsim var, mahnılar oxuyurdum. Həmişə də ön planda idim. Bir neçə məktəbdə oxumuşam. Bakıda 6 nömrəli məktəbdə, ”Samostroy” adlanan yerdə, Kürün qırağında 2 il, atam Astarada rayon İcraiyyə Komitəsinin sədri olanda isə orada məktəbdə oxumuşam. Sonra da gəlib Lənkəranda 4 nömrəli rus məktəbində oxumuşam. Atam partiyaçı idi, hara göndərirdilər, ora gedirdi. 3-cü sinifdən başlayaraq məktəb bayramlarında, çağırışlar olanda mahnı oxuyardım. Mən yaxşı rəsmlər çəkdiyimə görə məktəbdə redaktor idim. Karikatura, şəkillər çəkirdim. Oxuduğum ali məktəbdə də redaktor idim. İncəsənət İnstitutunun aktyor fakültəsini bitirdim, sonra da Konservatoriyanın vokal şöbəsində oxudum. Dövlət Filarmoniyasında konsertimi görmüşdülər, Konservatoriyanın 3-cü kursunda məni Azərbaycan Dövlət Teleradio Komitəsinə solist göndərdilər, elə tələbə ikən solist oldum. Ora göndərilməmişdən əvvəl də həm oxuyur, həm də işləyirdim. Əvvəlcə müğənni olmaq fikrim yox idi. 1968-ci ildə “Dan ulduzu”nun ilk qədəmi qoyulanda Gülarə Əliyeva ilə tanış idik, telekanalda rejissor köməkçisi işləyirdim. Sonra assistent oldum. Fikrim belə idi ki, institutu bitirim, musiqili redaksiyada rejissor işləyim. Gülarə xanım Əhsən Dadaşovla birgə Xalq Çalğı Alətləri Orkestrində çox gözəl pianoçu idi. “Dan ulduzu” yarananda ilk oxuduğum mahnı Cahangir Cahangirovun “Durnalar” mahnısı oldu. Bu mahnı Azərbaycana yayıldı. Ondan sonra 1970-ci illərin əvvəlində Oqtay Kazımi ilə görüşdük. “Taleyim mənim”, “Əlvida”, “Bakının qızları”, “Heyf” və digər yüzlərlə mahnılar ifa etdim. Sonra Emin Sabitoğlu ilə tanış oldum, onun gözəl mahnılarını oxudum. Cahangir Cahangirov, Tofiq Quliyev, Telman Hacıyev, Elza İbrahimova və digər bəstəkarlar gəldi. Artıq 1975-ci ildə Ali Sovetin fəxri fərmanını verdilər. 1978-ci ildə Ali Sovetin ikinci fəxri fərmanı verildi. 1979-cu ilə ulu öndərimiz mənə əməkdar artist adını verdi. O vaxt bu ad hər adama verilmirdi. İlk oxuduğum mahnıdan mənim geyimim nəinki Azərbaycan, sovet məkanı üçün qeyri-adi idi. Azərbaycanda heç bir üzük taxmağa icazə vermirdilər. Saçaqlı kovboy pencəyi, şlyapası ilə səhnəyə çıxırdım, zəngin geyimlər geyirdim. Bu geyimlərlə sərhədi aşmırdım. İnsanlar axşam işdən evə gəlirdilər. Qəzetlərdə də yazırdılar ki, filan vaxt Yalçın Rzazadənin konserti olacaq. Hamı oturub Yalçının nə oxuyacağı ilə bərabər, nə geyinəcəyini də gözləyirdilər. Mən o stereotipi sındırmışdım. Geyimdən başqa mənim oxuyacağım mahnılar, stil yeni idi.
O gün Rəfael Hüseynov dedi ki, siz Avropa sənəti, ritmi ilə Azərbaycan milli musiqisini birləşdirməyə imkan yaratdınız. Bir dəfə telekanalların birində konsertdə Baba Mahmudoğlu mənə zəng etdi. Dedi ki, Yalçın müəllim musiqidə Avropadan Azərbaycana körpü atdı. “Dədə Qorqud”, “Gün keçdi”, “Baladadaşın ilk məhəbbəti”, “Od içində vahə”, “Qaynana” və s. kinofilmlərdə mahnılar oxumuşam.
Mənim sənətkar olmağımın ilk səbəbkarı anam olub. Anam çox zövqlü bir qadın idi. Atam mənə çox sərt baxırdı. Deyirdi ki, kişinin əli qabarlı olmalı, zavodda işləməlidir. Amma anam mənə mahnılar öyrədirdi. Mən uşaqlıqda bir yeni ili, bir də Novruzu çox sevərdim. Yeni ildə anam mənə corabdan, köynəkdən tutmuş hər şeyi təzə alar, mən yatanda başımın altına qoyardı. Mən özüm də yeni ildən 1 gün qabaq anadan olmuşam. Novruz bayramında da gözləyərdim ki, səhər duranda balışımın altından hədiyyəmi götürüm. Sonsuz sevinərdim. Rus zabit qonşumuz vardı, yoldaşı gözəl gitaraçı idi. O, mənə dərs keçdi. Atam 2 gitaramı görmüşdü, sındırdı. Üçüncü gitaranı anam gizlədirdi. Rəsmi də mənə rəhmətlik anam öyrədib. Çörəkdən kökələr bişirərdi, amma fiquru quş, dəvə olurdu. Bunlar hamısı zövqdür və mənə zövq öyrədirdi. Mənə rəngləri seçməyi də öyrədirdi. Beləcə sənətə gəlmişəm. Onu da deyim ki, uşaqlığım çox acınacaqlı, çox çətin, çox ağır keçib. Yemək çatmırdı. Baxmayaraq ki, katib oğlu idim, çətin yaşayırdıq. Yayda məktəbdə tətil olanda uşaqlar futbol oynayırdılar, balıq tuturdular, mən yeşik mıxlayırdım. Orada xiyar, pomidor üçün yeşiklər düzəldilirdi və çiynimdə axşamlar pomidor, xiyar, kələm götürüb evə gələrdim. Balıqçılar dənizdən çıxanda qayığı çıxarmağa kömək edərdim, mənə balıq verərdilər. Gətirib o balığın bir neçəsini satar, bir-ikisini evə gətirərdim. Əlimdə bir az pul olardı. O vaxt iris satardılar. Elə istərdim ki, iris alıb yeyəm, amma almazdım. Çünki bilirdim ki, o pul evdə ailəyə lazımdır. İnstitutlarda da oxuyanda gündüz oxuyub, axşam işləmişəm. Yəni mənim həyatım belə keçib. Fikirləşirəm ki, o dünyada Allah bir qədər başqa cür qismət edəcək. Normal həyat yaşamamışam. Baxmayaraq ki, dünya görmüşəm, gəzmişəm. Yəqin bu da ondandır ki, düz olmuşam, alnım açıq olub, ürəyim təmiz olub, hər şeyə təmiz baxmışam. Bu gün də beləyəm, məni tanıyanlar.
- Xanımınızla yollarınız nə vaxt birləşib?
- Ailəm də, uşaqlarım da var. Mən mömin müsəlmanam. Məni tanıyanlar deyilər ki, mədəniyyətdə fransız, xasiyyətdə müsəlmandır. 19 yaşımda tanış olmuşam, 20 yaşımda da ailə qurmuşam. İndi mənim yanımda övladlarım gəzəndə deyirəm ki, oğlumdur, heç kəs inanmır. Tez evlənmişəm, zəhmət də çəkmişəm. Həyat məcbur edib ki, ailəmi saxlamaq üçün zəhmətə çox qatlaşım. Ziyanı o olub ki, bir gün görməmişəm. Bəli, sənətkar kimi çox ölkələrdə olmuşam. İsveçdə iki dəfə, İslandiyada, Norveçdə, Hollandiyada, Əlcəzair, Mərakeş, Tunis olmuşam. İtaliyada San Karlo, La Skala teatrında oxumuşam. Azərbaycana gəldim, çox soyuq. Bilirdilər ki, belə konsertlər keçirmişəm, sönük qarşılandım. Çoxdan sına bilərdim, amma mən sınan oğlan deyiləm, möhkəm olmuşam.
- Dini baxışlarınız necədir? İslamın hansı qaydalarını həyatınızda əsas götürmüsünüz?
- Bu sualı mənə heç kəs verməyib. Deyim ki, dəhşət dərəcədə dindaram, düzgün olmaz. Ancaq deyim ki, sovet vaxtı əməkdar artist idim, tanınmışdım, mənə neçə dəfə dedilər ki, partiyaya niyə keçmirsən, hətta bir-iki dəfə efirə də buraxmadılar. Məndə insan kimi qəribə xüsusiyyət vardı. Dedim ki, adamın bir inamı olar, mənim də inamım Allahdır. Çünki mənim ata tərəfdən babam Əlirza axund, din adamı olub. İraqda oxuyub, filosof, həkim idi, dəhşət səsi vardı. Minbərə çıxıb oxuyanda o zona eşidirdi. Yəqin ki, bu, mənim də qanımda olub. Mən Allaha inanıram. Yuxuya da inanıram. Hər gün evdən çıxanda “Ya Allah!” deyirəm. Mən “Quran” oxumuram, amma Allah mənim ürəyimdədir. O mənəviyyatım, inamım məni qoruyub saxlayıb. Elə vaxtım olur ki, səhər evdə bir köpüyüm olmayıb. Bunlar heç vaxt dilə gətirmədiyim sözlərdir. Fikirləşmişəm ki, Allah, sabah necə olacaq, mən bir parça çörək, ət almalıyam, evdə kartof olmalıdır. Səhər heç yerdən pul oldu, çörək də, ət də aldım. Çətin də yaşasam, Allah məni son məqamda sınmağa qoymayıb. Bundan başqa, mən indi maşına minəndə, maşının qapısını açanda əvvəl Allaha müraciət edir, sonra maşını işə salıram və gedirəm. Yatanda da deyirəm ki, ya Allah, özün kömək ol! Mən Allaha inanan adamam.
- Xüsusən ağır zamanlarda dostlar xüsusi rol oynayır. Dost seçiminiz özünü doğruldubmu, dostlardan yarıyıbsınızmı?
- Açıq danışacam. Mənə uyğun insanları dost seçmişəm, bu gün də var. Amma ətrafımdakı dostlar mənə çox vaxt zəng edib, yeməkdə, içməkdə, bir yerə qonaq getməkdə, kabab yeyəndə, anadan olan gündə bir yerdə olublar. Hətta anam rəhmətə gedəndə dostlar gəliblər. Bax belə. Lakin bu gün kifayət qədər varlı dostlarım var, onlara müraciət etməmişəm. Amma onlar mənim vəziyyətimi bilir, imkanları da var. Çətin günümdə heç vaxt mənə dayaq olan dostlarım olmayıb. Amma mədəniyyətdə, incəsənətdə elə dostlar var ki, çox şeylər edirlər. Məsələn, sənətdə olan bir dostum ürək əməliyyatı keçirib, ətrafındakı insanlar imkan verməyiblər, bütün problemlərini həll ediblər. Prezident ev verib, evi təmir ediblər. O biri dostu da evə lazım olan məişət əşyalarını alıb. Bu, əskiklik deyil, sənətkarı həmişə xalq saxlayır. Mənim isə belə dostlarım olmayıb. Hərdən bir-iki dostumla görüşürəm. Gedərəm, çörək yeyərik, bağına da gedərəm. İndiyə qədər ürəyimə görə balaca bir bağ da olsa, gedib oturardım, dəniz qırağında nəfəs alardım. Mənim ömrümdə bağım olmayıb, heç kəs də mənə təklif etməyib. Zəki Mürenin bir sözü var, ölümündən bir neçə ay qabaq veriliş çəkilmişdi. Dedi ki, Zəki bəy, nasılsınız? Zəki Müren səhnədən gedib, doğulduğu yerdə yaşayırdı. Dedi ki, sənət zirvəsi deyirlər, sənətkar zirvədə oturanda kimsəsizləşir. Mən onun sözünə bu gün çox böyük qiymət verirəm, çox dahi sözdür. Bir dəfə Baba Vəziroğluna dedim ki, zirvə odur ki, bir nəfər ora yerləşir. Əgər hamı gəlib o zirvəyə qalxsaydı, zirvə olmazdı ki?! Baxın, işim olmayanda çörək almağa, nəyəsə gedərəm. Amma həvəsim gəlməz ki, kiminləsə oturum, söhbət edim. Mənim demək olar ki, heç kimim yoxdur. Allahım var. Bir də bir şəxsiyyət olmasaydı, özü məni ağır vəziyyətimdə çağırtdırıb Türkiyəyə göndərməsəydi, indi yaşamazdım. Dedi ki, İstanbula gedin, nə lazımdır, ediləcək, siz mədəniyyətimiz üçün qənimətsiniz. Mənim bu günkü yaşayışıma, nəfəsimə görə o şəxsiyyətə böyük borcum var. İndi bilirəm ki, o bilsə ki, mən bu il yayda Türkiyəyə müayinəyə getməliyəm, getməmişəm, o əsəbiləşər. Ancaq məndə o xasiyyət yoxdur ki, gedib ona nə isə deyim.
Bir dəfə vəzifəli şəxslər oturmuşdu, biri bir nazirin adını çəkdi. Dedi ki, sizi həddən artıq çox istəyir, qəbuluna gedin, o sizə çay gətirəcək, söhbət edəcək. Desə ki, sizə nə qulluq edim, deyin ki, sizin işçilərinizi tanıyıram, lazım olsa, deyərəm. Dedim ki, yox. Yanımızda bəstəkar İqbal Ağayev vardı, dedi ki, Yalçın müəllim onu etməyəcək. Məndə o bacarıq yoxdur. Bəzi sənət adamları var, istifadə edirlər. Yaxşı da edirlər, çünki kömək olmalıdır. Mən də qeyd etdim ki, müəyyən sənət adamlarını milləti, dövləti qoruyub saxlamalıdır.
- Həyatınızda hansı xəbəri eşidəndə daha çox sarsılmısınız?
- Həyatımda elə ağır günləri yaşayıram. Çox səbəblər var. Sənətimin yüksəkliyində oturmuşam, ətrafıma baxıram. Görürəm ki, sənətdən başqa heç bir şey qazanmadım. Ağır gün elə budur. Ürəyimə yığıldı, ürəyim zədələndi. Normal şəraitdə yaşaya bilmədim. Amma mənə zərbə vuran kiçik qardaşımın Rusiyada öldürülməsi oldu. Vəzifəsi də, imkanı da vardı. 3 gün qapını bağlayıb, evdən çıxmadım.
Mənim üçün bu gün ən ağır odur ki, övladlarıma köməkliyimi çatdıra bilmirəm. Görürlər ki, mən ola-ola onlar kimsəsizdirlər. Bundan ağır mənə zərbə ola bilməz. Mənim əlim öz ailəmə normal çata bilmir. İndiki həyatda özün normal yaşamalısan ki, yaratdığın, həyat verdiyin övladlarına da kömək edib, bir yerə çıxarasan. Övlad da məni kimi çətinliklə, əziyyətlə yaşayır. Daha ata üçün bundan ağır nə ola bilər?
- Nəvələrinizlə gününüz necə keçir, dərdlərinizi sizə unutdururlarmı?
- Bir nəvəm var. Nə qədər çətin olsa da… Deyirlər ki, dövlətdə dəvə, övladda nəvə. Yaxşı sözdür. Elə ki, gəlir, qucaqlayıb üzümü öpür, dünyanın çox ağrısı ürəyimdən çıxır. O gün nəvəm zəng vurub deyir ki, ananın anadan olan günüdür, baba, bir şey alıb verək. İndi məni fikir götürüb. Alaq, verək, təbrik edək, mənim üçün problemlidir. Mən istərdim ki, baba kimi də nə isə edim, heç nə edə bilmirəm.
Mən özümü sıradan sənət adamı saymıram. Bu günkü nəsil də mənə böyük hörmətlə yanaşır, məni görəndə ayaq üstdə qarşılayır, ola salırlar. Bunun özü də ən böyük qazancdır. Elə dövlətin də hörməti var. Dövlət çox şeylər edə bilər, bilmir. Mənim şəraitimi bilsələr, çox şeylər edərlər, inanıram. Gərək bu yaşımda bu sözlər deyilməyəydi, olaydı…
Ramiz Mikayıloğlu

2553