Fərhad Bədəlbəyli: “Camaatı konsertə gəlməyə heç kim məcbur etmədi”
“Festival gözlədiyimiz kimi, yüksək səviyyədə keçdi və böyük marağa səbəb oldu”
Heydər Əliyev Fondunun dəstəyilə Qəbələdə keçirilən II Beynəlxalq Musiqi Festivalı başa çatıb. 12 gün davam edən festivalın sonuncu günü Böyük Britaniyanın dünya şöhrətli London Kral Filarmonik Orkestrinin növbəti konserti olub. Təəssüratlarını Lent.az-a bölüşən festivalın bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli tədbirdən razı qaldığını bildirib. O, festivalda tanınmış yerli və əcnəbi musiqiçilərin iştirakını yüksək qiymətləndirib. Al Ceronun Bakıya gələ bilməməsindən təəssüflənən bəstəkar ümumiyyətlə, onun səhhətindən, həyatından narahat olduğunu deyib: “Bircə buna görə narahat olduq. Amma qalan hər şey yaxşı oldu. Öz musiqiçilərimiz də gözəl çıxış etdi. Kral orkestrinin çıxışı böyük maraqla və sevgiylə qarşılandı. əsas odur ki, camaatı konsertə gəlməyə heç kim məcbur etmədi, öz istəklərilə gəldilər. Keçən il belə hal bir az oldu, amma bu il yox. Bütün konsertlərdə zal ağzına kimi doluydu. Hətta Qəbələdən əlavə, Bakı, Gəncə, Oğuz, İsmayıllı və digər yerlərdən də müəllimlər, musiqiçilər, həkimlər, ziyalılar, gənclər konsertə gəlirdi. Bu, çox böyük üstünlükdü. Ümumiyyətlə, bu cür festivalların tək paytaxtda yox, regionlarda da keçirilməsi vacibdir. Bir sözlə, festival gözlədiyimiz kimi, yüksək səviyyədə keçdi və böyük marağa səbəb oldu”.
Qeyd edək ki, festival başa çatsa da, Fərhad Bədəlbəyli bu ayın sonuna qədər Qəbələdə istirahət edəcək.
Xəyalə Muradlı

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06