“Telli kimi aşıqların yeri bardır”
04 avqust 2010 12:45 (UTC +04:00)

“Telli kimi aşıqların yeri bardır”

Aşıq Ədalət Nəsibov: “Arvaddan aşıq olar?”


“Bir arvad var, adı Tellidir-nədir, bilmirəm. “Ceyranım, ceyranım” deyə-deyə düşüb ortalığa. Onların yeri bardır. Arvaddan da aşıq olar? Aşıqlığın sona çatdığı XXI əsrdə mən boyda sənətkar çəkilmişəm bir kənara, özümü qoruya bilmirəm, bu aşıq xanımlar düşüb ortaya meydan sulayırlar. Vaxtı ilə Qazaxda yaxşı Dilboz atları olub. Deyirdilər ki, yaxşı Dilboz atlarını, yaxşı kişilər minib getdilər. İndi bu zəmanədə də nə aşıq, nə də onun camaatı qalıb. Ona görə də, daha mən aşıqlıq eləmirəm. Heç bir məclisə də getmirəm”.


Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış aşıq Ədalət Nəsibov deyib. Yetmiş yaşlı aşıq saz-söz sənətində durğunluq, bayağılıq hökm sürdüyünü, bundan çox narazı qaldığını, vəziyyətin getdikcə pisləşdiyini deyib. Aşıq Ədalət bu gün aşıq adında sənətkar tanımadığını və qəbul etmədiyini söyləyib: “Aşıq Ələsgər dövrü getdi və heç vaxt geri dönməyəcək. Mən bu gün aşıq adında heç bir sənətkar tanımıram, tanımaq da istəmirəm. Hamısı barlarda, restoranlarda əxlaqsız, aşığa yaraşmayan hərəkətlər edir”.


Aşıq Ədalət Nəsibov vəziyyətlə bağlı Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubla da tövsiyələrini verdiyini deyib: “Zəlimxan Yaquba dedim ki, tap beş-altı nəfəri, topla bir yerə, bəlkə nəsə çıxa. Hərə üzünü bir tərəfə tutub. Biz belə görməmişik. İndi Aşıq Ədalətin kasetini qoyub qabağına yüz dəfə qulaq asıb, başlayırlar onu yamsılamağa, mənimsəməyə. Bu yerdə deyiblər ki, “Ustad görməyənin işi xam qaldı. Ağıllı danəndələr köçdü dünyadan, yerində bir neçə ağlı kəm qaldı”.


Əməkdar incəsənət xadimi vaxtı ilə şagirdi olan, sonradan isə onun adını götürən aşıq həmkarı Ədalət Dəlidağlının da ünvanına sərt ittihamlar səsləndirib: “Biri var, beş-altı ay gəldi-getdi yanıma, kasetlərimə qulaq asdı. Sonra da getdi, mənim adımı götürdü özünə. Belə fırıldaq aşıq olar? Bu dünyada bir Ədalət var, o da mənəm! Bəhmən Vətənoğlu deyirdi ki, Koroğlu bir gəlib, qoca cahana. İndi Ədalət də bu dünyaya bir gəldi, bir də getdi. Sən kimsən ə, mənim adımı götürürsən? Sən heç mənim ayağımın kiri də deyilsən...”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687

Oxşar yazılar