Zeynəb Dostəliyeva: “O, yeganə sənətkardır...”
Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva, görkəmli xanəndə, Azərbaycanın xalq artisti Alim Qasımovla yaradıcılıq əməkdaşına başlayacaq. Lent.az-ın məlumatına görə, bu razılıq bir ay öncə Zeynəb Dostəliyevanın paytaxt restoranlarının birindəki solo konserti zamanı əldə olunub.
Z.Dostəliyeva Alim Qasımovun solo-konsertdə iştirakının ona böyük stimul verdiyini deyib: “Bilənlər bilir, bilməyənlərə də deyim ki, böyük sənətkar Şamaxı torpağındadır. Biz yerli olmaqla bərabər, həm də yaxın qohumuq. Qərar gəlmişik ki, muğamlarımızdan və ya təsniflərimizdən birini duet şəklində lentə yazdıraq. Mən onun üçün həmişə hazıram. Alim yeganə sənətkardır ki, onun səs diapazonu bütün müğənnilərlə birgə oxumağa icazə verir. Mən də səsimə güvənirəm”.
Müğənni pərəstişkarlarının yeni mövsümdə sevindirəcək: “Bu çox ciddi bir layihə olduğu üçün, hazırlıq işlərinə indidən başlayırıq. Amma duetimizin gecikməsinin başqa bir səbəbi isə Alim müəllimin tez-tez xarici ölkələrə qastrol səfərləri etməsiylə bağlıdır. Bildiyimə görə, indi də Bakıda yoxdur. İnşallah, yay ərzində həm o, həm də mən yaxşıca istirahət edərik və sentyabr-oktyabr aylarında duet layihəmizi ərsəyə gətirərik. Qoy tamaşaçılarımız bir az da baş tutacaq xoş hadisəsinin intizarında olsunlar”
Nəzrin

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06