“Azdrama”da əsaslı təmir işləri yekunlaşmaq üzrədir
09 iyul 2010 16:15 (UTC +04:00)

“Azdrama”da əsaslı təmir işləri yekunlaşmaq üzrədir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Lent.az-ın məlumatına görə, bunu Mədəniyyət və Turizm naziri Əblüfəs Qarayev deyib.

O bildirib ki, uzun müddətdir teatrda aparılan əsaslı təmir işlərinin mövsümdən öncə başa çatması gözlənilir: “Akademik Milli Dram Teatrının binası yeni formada, tam müasir standartlara cavab verəcək şəkildə çox qısa müddətdən sonra teatrsevərlərə təqdim olunacaq. Ümidvaram ki, teatr maraqlı və yüksək səviyyəli tamaşaları ilə bizləri sevindirəcək, Azərbaycan teatrına layiq tamaşalar təqdim edəcək”.

Nazir onu da bildirib ki, teatr islahatları uğurla davam etdirilir: “Belə bir fikrimiz də var ki, Azərbaycanda tamaşalar səhnələşdirmək müqavilə ilə digər ölkələrdən rejissorlar dəvət edək”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar