“Bakı gecələri – 2010” başladı
Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Bakı gecələri – 2010” Estrada Mahnı Festivalının seçim turuna start verilib.
Lent.az-ın Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, festival mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi, beynəlxalq müsabiqələrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması və estrada mahnı janrının inkişafı məqsədilə keçirilir.
Festivalda 18 yaşından yuxarı hər bir professional mahnı ifaçısı iştirak edə bilər. Üç konsert proqramından təşkil olunacaq və Gənc Tamaşaçılar Teatrında keçiriləcək ilkin mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Yüksək bal toplamış əsərlər finala – 24 dekabrda Heydər Əliyev Sarayında baş tutacaq qala konsertə vəsiqə qazanacaq. Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Qala-konsertdə iştirak edən müğənnilər “Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı” adına layiq görüləcək.
Qeyd edək ki, “Bakı Gecələri” Estrada Mahnı Festivalının qalibi 2008-ci ildə Cəlal Abbasov, 2009-cu ildə isə Murad Arifin “Sevdiyini söylə” mahnısı ilə Natəvan Həbibi və İntizar Məmmədov dueti olmuşdu.
Artıq 2010-cu ildə yazılmış mahnıların seçiminə başlanılıb. Təşkilat Komitəsi tərəfindən mahnılar toplanıb, konsert proqramlarına daxil edilir. Hər bir bəstəkar və ya müğənni 2010-cu ildə ərsəyə gələn əsəri Təşkilat Komitəsinə təqdim edə bilər.
“Bakı Gecələri-2010” Estrada Mahnı Festivalının rejissoru Nail Naiboğlu, prodüseri isə Pərviz Oqtayoğludur.

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06