“Bakı gecələri – 2010” Estrada Mahnı Festivalı başlayır
Lent.az-ın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, festivalın məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və estrada mahnı janrını inkişaf etdirməkdir.
Üç möhtəşəm konsert proqramından ibarət olan “Bakı gecələri – 2010” Estrada Mahnı Festivalının birinci konsert proqramı sentyabrın 13-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçiriləcək.
Festivalda Mətanət İsgəndərli, Nadir Qafarzadə, Zamiq Hüseynov, Nüşabə Ələsgərli, İzzət Bağırov, Lalə Məmmədova, Elton Hüseynəliyev, Almas Ələsgərli, Könül Kərimova, Vasif Məhərrəmli, Elza Seyidcahan, Ramal İsrafilov, Vaqif Şıxəliyev, Leyla Ramazanlı, Elariz Məmmədoğlu, Sevinc Tofiq qızı, Yeganə, Səbinə Əliyeva, “Şeron” qrupu və “M-life” qrupu iştirak edəcəklər.
İlkin mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər finala – dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək Qala konsertə vəsiqə qazanacaqlar. Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Qala-konsertdə iştirak edən müğənnilər “Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı” adına layiq görüləcək.
Bu il tamaşaçılar müxtəlif nominasiyalar üzrə qalibləri online səsvermə yolu ilə müəyyən etmək şansını əldə edəcəklər. Səsverməyə noyabrın 20-dən etibarən start veriləcək.
Xatırladaq ki, artıq üçüncü ildir keçirilən “Bakı Gecələri” Estrada Mahnı Festivalının qalibi 2008-ci ildə Cəlal Abbasovun ifa etdiyi Eldar Mansurovun “Taleyim” mahnısı, 2009-cu ildə isə Natəvan Həbibi və İntizar Məmmədovun ifa etdiyi Murad Arifin “Sevdiyini söylə” mahnısı olub.
Xəyalə

907