Nazpəri və Zeynəb Dostəliyevalardan “Unut, gözəl bacım ” dueti
03 iyun 2010 19:00 (UTC +04:00)

Nazpəri və Zeynəb Dostəliyevalardan “Unut, gözəl bacım ” dueti

Xalq artisti bacısına dəstək olub

İyunun 2-də Bakıda müğənni Zeynəb Dostəliyevanın solo konserti keçirilib. Lent.az-ın məlumatına görə, uzun illər sənətinə fasilə verən müğənni “qayıdış konserti”ndə maraqlı anlar yaşadıb.

Müğənninin konsertində bacısı, xalq artisti Nazpəri Dostəliyeva, xalq artisti Alim Qasımov, millət vəkili Gülər Əhmədova, ziyalılar və iş adamları iştirak edib.

Müğənni konsert boyu mahnılarını bacısına ithaf edib. Nazpəri Dostəliyeva konsertin ilk dəqiqələrindən bacısına dəstək üçün səhnəyə çıxıb: “Sənin uğurun, sevincin mənim uğurum, sevincimdir. Neçə vaxtdır, sən məni ekranda, səhnədə izləyirdin, indi də mən səni izləyirəm. Sənin bu gününlə fəxr edirəm. Bu gün sənin günündür, oxu!”

Zeynəb Dostəliyevanın israrından sonra bacılar səhnədə duet ifa ediblər. Nazpəri Dostəliyeva repertuarında bacısının ən sevdiyi “Dağlardan gəlmişik” mahnısını oxumağı təklif edib. Müğənnilər mahnının sözlərini dəyişdirərək bir-birlərinə “unut gözəl bacım, qəmini unut!” deyiblər.

Konsert bir çox sürprizlərlə yadda qalib. Ziyalılardan biri səhnədə Zeynəb Dostəliyevanı təbrik edib, sonra ona “JEEP” avtomobilinin açarını bağışlayıb. Dostəliyeva sürpriz qarşısında çaşqınlığını gizlədə bilməyərək, bir neçə dəfə bunun həqiqət olub-olmadığını soruşub. Hədiyyəni verən şəxsdən tamaşaçını və müğənnini güldürən cavab gəlib: “Zeynəb xanım, bu həqiqətən belədir, ailəm də burdadır, sizi izləməyə gəlmişik”.

Konsertdə indiyədək çoxlarına məlum olmayan bir məlumat da açıqlanıb. Müğənniyə dəstək verən millət vəkili Gülər Əhmədova və xalq artisti Alim Qasımov Dostəliyevaların yaxın qohumları imiş.

Gecədə iştirak edən Alim Qasımov Zeynəb Dostəliyeva ilə duet oxuyub.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1116

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07