BDU-dakı auditoriyalardan biri Bəxtiyar Vahabzadənin adını daşıyacaq
02 iyun 2010 16:30 (UTC +04:00)

BDU-dakı auditoriyalardan biri Bəxtiyar Vahabzadənin adını daşıyacaq

Xalq şairinin 90 illiyinə hazırlıq gedir, onun adına təqaüd də təsis olunub

Bu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın Xalq şairi, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Lent.az-ın məlumatına görə, çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov B.Vahabzadənin həyat və yaradıcılığı haqqında danışıb. Rektor şairin Azərbaycan xalqı və tarixi qarşısında mühüm xidmətlərinin olduğunu vurğulayıb. A.Məhərrəmov deyib ki, B.Vahabzadə Azərbaycanda milli şüurun, milli təəssübkeşliyin, vətəndaş mövqeyinin formalaşmasında böyük rol oynayıb.
Rektor bildirib ki, böyük şairin 85 illik yubileyi bu ilin avqustunda keçiriləcək, hazırda bunun üçün yüksək səviyyədə hazırlıq işləri aparılır: “Bugünkü tədbirlə yubiley mərasimlərinə start veririk”.

O deyib ki, BDU-da Bəxtiyar Vahabzadə adına təqaüd təsis olunub, yubiley mərasiminə qədər universitetdəki auditoriyalardan birinə onun adı veriləcək.

Tədbirdə professor Şirməmməd Hüseynov, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov və başqalar iştirak edib, çıxışlar olub.

Həmçinin, B.Vahabzadənin vaxtilə çalışdığı Filologiya fakültəsinin tələbələri şairin “Gülüstan” poemasından səhnəcik nümayiş etdiriblər.

Tədbirdə xalq artistləri Arif Babayev, Flora Kərimova, Nazpəri Dostəliyeva şairin sözlərinə yazılmış mahnılar ifa ediblər.

Qeyd edək ki, B.Vahabzadə 1950-1990-cı illərdə BDU-nun (ovaxtkı Azərbaycan Dövlət Universiteti) Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 791

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07