Firəngiz Mütəllimova üsyan etdi: “Qoy mənə sahib çıxsınlar!”
13 may 2010 14:30 (UTC +04:00)

Firəngiz Mütəllimova üsyan etdi: “Qoy mənə sahib çıxsınlar!”

Xalq artisti Firəngiz Mütəllimova sənətinə verilən qiymətdən narazıdır. Aktrisa bu günlərdə adının prezident mükafatçıları siyahısında görməyincə sarsıntı keçirib: “Mən hələ bilmirəm birinci zərbə hardan gəlib, onu araşdırıram. 31 ildir sənətdəyəm. “Qıziı Dərviş” mükafatına, 2000-ci ildən xalq artisti adına layiq görülmüşəm. Təsəvvür edin ki, Şuşanın işğalı ərəfəsində ikinci dəfə sarsıldım. Prezident mükafatı sənətçinin səhnə fəaliyyətinə görə verilir. Hazırda səhnədə tamaşaya qoyulan üç əsərin baş rol ifaçısıyam. Dövlət İncəsənət Universitetində dosentəm, kurs rəhbəriyəm, bir dəqiqə fəaliyyətsiz vaxtım yoxdur. Bütün ilim qaçaqaçla keçib”.

Aktrisa adının siyahıda olmamasına bütün çevrəsinin təəccübləndiyini deyib: “Nazirlər Kabinetində xalq artistləri ilə görüş oldu, orda cənab nazir və nazir müavini də iştirak edirdi, məni “toxunulmaz” adlandırdılar. İnanın ki, növbəti sərəncamdan sonra müxtəlif peşə sahibləri ziyalılar mənə zəng edib təəssüfləndiklərini bildirirlər. Bəziləri məsləhət görür ki, gərək tapşırılardın. Məgər mən uşağam, tapşırılam?! Mənim artıq tapşıran vaxtımdır. 30-40 yaşım olsaydı, susub gözləyərdim. Yaşımın bu çağında susub gözləmək məcburiyyətində deyiləm. Əskik işim, həbsdə olan qohumlarım yoxdur. O pul mənim üçün böyük puldur. Prezidentin verdiyi üçotaqlı mənzildən və yenicə kreditə götürdüyüm, ən ucuzunu seçdiyim maşınımdan başqa heç nəyim yoxdur. O maşını mükafata arxalanıb götürmüşdüm. İndi isə düşünürəm ki, o pulu necə verəcəyəm. İndiyə qədər mətbuatın bilmədiyi bir sirri açım. Mən bir neçə il öncə ağır əməliyyat keçirmişəm. Əslində mənə bu qədər çox işləmək olmaz. Amma buna baxmayaraq, pul qazanmaq üçün 7 il “ATV”-də “Ləziz saat” verilişində isti sobanın yanında aparıcılıq etmişəm”.

Aktrisa qərara etiraz edəcəyini deyib: “Ölkə prezidentinə məktub yazacam. Bilirəm ki, dövlət başçısının bunlardan xəbəri yoxdur, bu aşağıların işidir. Bütün mətbuat orqanlarına müraciət edəcəm. Məni kim görür, hamı sevgisini bildirir. Qoy mənə sahib çıxsınlar, necə sevdiklərini göstərsinlər. Mən teatrda 250 manat maaş alıram. Müğənni deyiləm ki, yarım saat toyda oxuyub pulumu çıxarım. 5 evim yoxdur ki, birini kirayə verəm”.

Aktrisa özü ilə bərabər digər həmkarlarının da narazı olduğunu deyib: “Tək mən deyiləm, narazılıq var və olacaq. Bütün teatr şokda idi. Zemfira Nərimanova da elə mənim kimi... Biz ömrümüzü sənətə həs etmişik, ailə də qurmamışıq. Telman Adıgözəlov da ölümündən bir-iki ay öncə çox darıxırdı... Mən diqqəti neçə yaşımda görməliyəm, 60 yaşında? O vaxta qədər yaşayacam?”

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07