Maqbet Bünyatov “Azdrama”dan getdi
13 may 2010 10:30 (UTC +04:00)

Maqbet Bünyatov “Azdrama”dan getdi

Mərahim Fərzəlibəyov isə teatrın baş rejissor vəzifəsindən azad edilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyatov tutduğu vəzifədən azad olunub.


Bununla bağlı teatr rəhbərliyinin bu gün keçirilən yığıncağında qərar qəbul olunub. Bu barədə APA-ya Maqbet Bünyatov özü məlumat verib. Teatrın direktoru vəzifəsinə isə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov təyin olunub.


Yığıncaqda qəbul olunan digər qərara əsasən, Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Mərahim Fərzəlibəyov bundan sonra rejissor vəzifəsini tutacaq. Baş rejissor vəzifəsinə isə hələlik təyinat olunmayıb.

M.Bünyatov təqaüd yaşının çatdığını bildirib və deyib ki, o, 2009-2019-ci illərdə Azərbaycan teatrının inkişafına dair Dövlət Proqramının 2.12 və 2.14 bəndlərinin icrasını təmin etmək məqsədi ilə nəşr layihələrinin hazırlanması üzrə 3 nəfərdən ibarət İşçi Qrupunun rəhbəri təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07