
“Savalan” qrupu məşq etməyə yer tapmır
Bur barədə Lent.az-a məlumat verən qrup üzvü Həlimət Sultan bildirib ki, məhz bu problemlə əlaqədar olaraq qrup fəaliyyətini istənilən şəkildə davam etdirə bilmir: “Keçən ilin avqustunda Amerikaya səfər etdik. Çikaqoda maraqlı çıxışımız oldu. O vaxtdan indiyə kimi yersiz qalmışıq. Əvvəllər Muğam Teatrında, Yuğ Teatrında məşq edirdik. Sağ olsun Vaqif İbrahimoğlu, deyir, “nə vaxt lazımdırsa, gəlin məşq edin”. Amma nə vaxta qədər başqa məkanlarda sığınacaq tapmalıyıq. 10 ildir, fəaliyyət göstəririk. Bu müddətdə tanınmışıq, sevilmişik, xaricə müxtəlif səfərlərimiz olub. Yersiz qalmışıq deyə, yaradıcılıqla da istədiyimiz kimi məşğul ola bilmirik. Hətta mən bəzən məşqsiz çıxış edirəm”.
Həlimət xanımın sözlərinə görə, bununla əlaqədar qrupun rəhbəri Novruz Novruzlu Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də, heç bir nəticəsi olmayıb. Qrup yenidən nazirliyə müraciət etmək niyyətidir.
H.Sultan qrup üzvlərinin heç birinin fəxri adı olmadığını da vurğulayıb.
Xəyalə Muradlı
Həlimət xanımın sözlərinə görə, bununla əlaqədar qrupun rəhbəri Novruz Novruzlu Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də, heç bir nəticəsi olmayıb. Qrup yenidən nazirliyə müraciət etmək niyyətidir.
H.Sultan qrup üzvlərinin heç birinin fəxri adı olmadığını da vurğulayıb.
Xəyalə Muradlı
Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37