Xan Şuşinski adına fond və ev muzeyi yaradılacaq - EKSKLÜZİV
Yubiley ili ərzində ailə üzvləri Xan Şuşinskinin ev muzeyini açmağı planlaşdırır. Bu barədə Lent.az-a Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva məlumat verib: “Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin xeyir-duası, dəstəyi ilə Xan Şuşinski adına fond və muğam üçlüyü də yaratmaq istəyirik. Bu, yubiley ərəfəsində yaxşı bir töhfə olar”.
B.Verdiyeva atasının bəstələdiyi daha bir neçə mahnını da Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirmək niyyətindədir: “Biz 2004-cü ildə atamın 8 mahnısını qeydiyyata aldıq. Bunlar “Şuşanın dağları”, “Ay qəşəng ceyran”, “Qəmərim”, “Ay qara qız”, “Keçən il gördüm səni” (və ya “Qızıl gül”), “Ay gözəl”, “Dilbərim” (və ya “Bağda sarmaşıq”) və “Ay dilbər” mahnılarıdır. Əsərləri qeydiyyata almaqda əsas məqsədimiz ondan ibarət idi ki, ermənilər heç olmasa, bu mahnıları öz adlarına çıxmasınlar. Çünki bu mahnıların çoxu xalq mahnısı kimi tanınır”.
Xəyalə Muradlı

Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37