Bakıda məscid davası edənlərə: Təbrizdə və Urmiyada qədim məscidlər dağılır
05 may 2010 19:00 (UTC +04:00)

Bakıda məscid davası edənlərə: Təbrizdə və Urmiyada qədim məscidlər dağılır

Güney Azərbaycanın tarixi abidələri baxımsızlıq ucbatından dağılmaqdadır. Lent.az-ın GünAzTv-yə istinadən məlumatına görə, Azərbaycan mədəniyyəti, tarixi, abidələri və mənəvi həyatını əks etdirən sənət əsərləri nəinki dövlətin dəstəyindən məhrumdur, üstəlik hakimiyyət tərəfindən ağır zərbələrə məruz qalmaqdadır.

Güneydən redaksiyaya daxil olan müraciətdə bildirilib ki, Güney Azərbaycanın Urmiya şəhərinin “Gülüstü” məhəlləsində yerləşən “Lütfəlixan məscidi” uçmaqdadır. Bu məscid Azərbaycanın qədim tarixi abidələrindən sayılır. Təbrizdəki Seyid Həmzə məscidi (Göy məscid) də eyni təhlükə qarşısındadır.

Yeri gəlmişkən, Bakıda məscid davası aparanlardan bu və başqa Azərbaycan əyalətlərində sökülmüş və uçub-dağılmaqda olan qədim məscidin məhv olması ilə bağlı səs çıxmır.

Məlumata görə, 4-5 il öncə şəhərin hazırda “İmam xiyabanı” adlanan küçəsində “Şeyx Əlixan Hamamı”ını da “Sərdaran” prospektinin salınması adı altında sökdülər. Bu özbaşınalıqlara isə hakimiyyətin səlahiyyətli qurumları göz yumdu.

İslam Respublikasına rəhbərlik edənlər Azərbaycanın tarixi abidələrini söküb-dağıda bilməyəndə isə onun adını dəyişir. Urmiya şəhərindəki “Doqquz pillə buzxanası”nın adı dəyişdirilib. İranın Mədəni irsi qoruma idarəsi bu sayaq məsələlərdə tarixiliyi qorumaq yerinə özü bu işlərə başçılıq edir. Qurumun təşəbbüsü ilə “Doqquz pillə buzxanası”nın adı fars dilinə tərcümə edilərək, “Yəxçəle nohe-pille” kimi adlanıb.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07