Nazpəri Dostəliyeva əsgərlər qarşısında konsert verib
27 aprel 2010 14:45 (UTC +04:00)

Nazpəri Dostəliyeva əsgərlər qarşısında konsert verib

Xalq artisti Nazpəri Dostəliyeva Zaqatala rayonunda əsgərlər qarşısında geniş konsert proqramı ilə çıxış edib. Lent.az-ın məlumatına görə, Səbail rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birgə təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü ərəfəsində “N” saylı hərbi hissədə görüş təşkil olunub.

Rəsmi və bədii hissədən ibarət tədbirdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov da iştirak edib. Hərbi hissənin komandiri, polkovnik Vurğun Abbasov qonaqları salamlayıb, şəxsi heyətin xidməti barədə onlara məlumat verib.

Geniş konsert proqramı ilə çıxış edən Nazpəri Dostəliyeva əsgərlərin istəyi ilə repertuarındakı mahnıları təqdim edib. Konsertə “Xalq Ulduzu” Tural və “Yeni Ulduz” Aygün də qatılıb.

Səbail RİH tərəfindən hərbi hissəyə kompüter dəsti hədiyyə olunub.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07