Sumqayıtda Vaqif Mustafazadənin xatirəsinə konsert keçirilib
Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət Məktəbində bəstəkar, pianoçu, caz-muğamın banisi, əməkdar artist Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirilib. Lent.az-ın məlumatına görə, konsert Vaqif Mustafazadənin 70 illik yubileyi münasibətilə keçiriləcək silsilə tədbirlər çərçivəsində təşkil edilib.
Konsertdən öncə qonaqlar məktəbin foyesində bəstəkarın həyat və yaradıcılığını əks etdirən foto materiallardan ibarət sərgiyə baxış keçiriblər.
Konsertdə respublikanın əməkdar artisti Həsənağa Abbasquliyevin rəhbərlik etdiyi “Arena” caz orkestrinin ifasında bəstəkarın “Mart” kompozisiyası, Azərbaycanın Xalq artisti Elxan Əhədzadənin ifasında səslənən mahnılar, gənc pianoçu İ. Sarabskinin ifa etdiyi “Düşüncələr” kompozisiyası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsert zamanı eyni zamanda orkestrin ifasında dünya caz bəstəkarlarının məşhur kompozisiyaları da səsləndirilib.
Lalə Yusifqızı

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28