Nuşirəvan Məhərrəmli milli kino məsələsini nazirliklə müzakirə edəcək
21 aprel 2010 01:43 (UTC +04:00)

Nuşirəvan Məhərrəmli milli kino məsələsini nazirliklə müzakirə edəcək

“Mən hələ də son beş il ərzində çəkilən filmləri telekanallarımızın efirində görməmişəm”

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli telekanalları milli cizgi filmləri çəkməyə çağırıb. Lent.az-ın məlumatına görə, bu barədə N.Məhərrəmli MTRŞ-in keçirdiyi “Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət” adlı elmi-konfransda çıxış edərkən bildirib.

O deyib ki, bu gün Azərbaycan telekanallarında əsasən xarici cizgi filmləri verilir: “Uşaqlarımız əsasən xarici cizgi filmlərinin qəhrəmanlarını tanıyırlar. Bu da uşaqların milli ruhda böyüməsinə mənfi təsir göstərir”.

N.Məhərrəmli qeyd edib ki, hər bir telekanalın il ərzində 1-2 belə cizgi filmi çəkməsi lazımdır. Onun sözlərinə görə, 1 cizgi filminin çəkilməsi üçün 60-70 min manat lazımdır ki, telekanallar istəsələr bu vəsaiti tapa bilərlər.

N.Məhərrəmli deyib ki, bu gün Azərbaycanda telekanalların milli kinoların nümayiş etdirməsində də problem var. O xatırladıb ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına il ərzində 8 bədii film çəkilir: “Ancaq mən hələ də son beş il ərzində çəkilən filmləri telekanallarımızın efirində görməmişəm. Yəqin ki, başqaları da görməyib. Mən bu məsələni Mədəniyyət və Turizm Nazirliyilə müzakirə edəcəm. Əgər dövlət büdcəsindən pul ayrılıb bu filmlər çəkilirsə, telekanallarımızda da onların nümayiş etdirilməsi lazımdır”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07