Yarımçıq arzuların köçü - ANIM
15 aprel 2010 18:45 (UTC +04:00)

Yarımçıq arzuların köçü - ANIM

Bu, insanların inanmadığı, amma həqiqət olduğunu biləndən sonra inanmaq istəmədiyi bir xəbərdir...
Hamı kimi mən də bu xəbəri eşidəndə inanmaq istəmədim. Telman öldümü? Onun ölümünü Azərbaycan xalqı heç zaman həqiqət olaraq qəbul etməyəcək. Məzarını ziyarət etsə belə. Telman Adıgözəlovun dünyasını dəyişməsi bizlərə ölümsüzlüyün nə olduğunu bir daha sübut elədi. Biz Telmanı itirdik. Bizim hər birimizin əzizi, sevimli aktyoru olan Telmanın səsi gələndə insanların çöhrəsinə gülüş qonurdu. Özü isə... Özü isə daim gülüş bəxş etdiyi cəmiyyətin dərd-səri ilə köçdü dünyadan. Varlığı ilə xoş ovqat yaradan Telman Adıgözəlov həyatını doyunca yaşaya bildimi? İstəkləri, arzuları gerçəkləşdimi? Yoxsa bu arzu və istəklərin gerçəkləşməməsi onu apardı bizlərin sırasından. Çox həssas qəlbə sahib idi Telman. Onun ürəyi özü ilə bərabər az qala bəşəriyyətin dərdini çəkməyə qadir idi. Amma dözmədi. Necə dözsün axı bu boyda dərdə bir parça ürək? Ələlxüsus da sənətkar, əsl incəsənət xadiminə məxsus olan bir ÜRƏK!
Millətpərəst, vətənpərvər, kasıblara daim əl tutmaq arzusu ilə yaşayan Adıgözəlovun taleyi nədənsə o qədər də ürəkaçan olmadı. İçində insanlara yardım etmək arzusu sönməyən bir insan idi Telman. Bugünkü qeyri-peşəkar səhnə çıxışları ilə insanları diksindirən ucuz “incəsənət”, məhz yaradıcılığa – sənətə, peşəkarlığa istehza ilə baxanların yüksək qiymətləndirilməsi, efir məkanında mövcud olan intellekt boşluğu, millətinin Qarabağ – vətən dərdi aldı apardı Telmanı bizlərdən. Birdəfəlik aldı... O, bu dərdlərin sağalmasını istəyirdi. Hamımız kimi. Amma görünür, bizlər daha bu dərdləri çəkmirik. Çəksəydik, bir insan ürəyi milyonların arzu-istəyini daşımağa məcbur olub vaxtsız dayanmazdı. Bu ürəyin sahibi belə qəfil dünyadan köçməzdi.
P.S. Əzizim Telman, sən olmasan da arzularının gerçəkləşəcəyinə ümidvar olanlar çoxdur. Bu istəklərin reallaşdığı günə şahid olub biz də bu dünyadan köçək. Heç olmasa, yanına xoş xəbərlə gələk. Bizi sənə aparan yol xoş xəbərlə bol olar, inşallah.
Hörmətlə,
varlığına daim inanan azərbaycanlılardan biri...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07