Mənsum İbrahimov: “Onlar taleyin ümidinə buraxılmırlar”
14 aprel 2010 15:00 (UTC +04:00)

Mənsum İbrahimov: “Onlar taleyin ümidinə buraxılmırlar”

“Muğam müsabiqəsinin qalibləri taleyin ümidinə buraxılmırlar. Onlar müəllimlərinin, münsiflər heyəti üzvlərinin və birbaşa Heydər Əliyev Fondunun nəzarətindədirlər”. Bunu Lent.az-a Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov muğam müsabiqələrinin qaliblərinin gələcək fəaliyyəti ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

Xanəndə qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun layihələri əsasında həyata keçirilən muğam müsabiqələrinin qalibləri daim nəzarət altındadırlar. Onlar arasında bölgələrdə yaşayanlar varsa, Bakıya köçürülür, Milli Konservatoriyanın nəzdindəki musiqi kollecində təhsil almaları təmin olunur: “Məsələn, Elməddin İbrahimov Samuxda təhsil alırdı. Amma hazırda Heydər Əliyev adına Müasir Təhsil Kompleksində oxuyur. Musiqi bölümündə isə mənim nəzarətim altındadır. Ümumiyyətlə, onların hamısı birbaşa Mehriban xanımın nəzarəti altındadırlar. Biz də öz növbəmizdə çalışırıq ki, o uşaqlar yenidən itib-batmasınlar. Müvafiq sahədə təhsil alsınlar. Yəni, onlar taleyin ümidinə buraxılmırlar. Mütəmadi olaraq dövlət tədbirlərində, qastrol səfərlərində, mədəniyyət günlərində iştirak edirlər”.

Mənsum İbrahimovun sözlərinə görə, bunlarla yanaşı müsabiqə qaliblərindən bir neçəsi – Təyyar Bayramov, İlkin Əhmədov, Arzu Əliyeva, Elşad Aydınoğlu, Elnur Zeynalov artıq Akademik Opera və Balet Teatrında, bəzilərisə Muğam Teatrında çalışırlar. Eyni zamanda toylarda, tədbirlərdə iştirak edirlər: “Hansının həyatı ilə maraqlansalar, görərlər ki, şükür Allaha, vəziyyətləri yaxşıdır”.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07