“Albomların hamısını bəyənmirəm”
Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti Səkinə İsmayılova hələ ki albom hazırlamaq fikrində deyil. Xanəndənin Lent.az-a dediyinə görə, albom illərin məhsulu olmalıdır, 1-2 ayın yox: “Gərək elə bir yanaşma tərzi olsun ki, qulaq asan təkrarsız ifa ilə qarşılaşsın. Sıradan bir mahnı yığımı olmasın. Bu 30 illik səhnə fəaliyyətimdə cəmi 4 diskim çıxıb. Onun da ikisi Fransada işıq üzü görüb. Hələ heç bir qadın ifaçısının albomu çıxmayan zaman 1988-ci ildə ilk dəfə disk buraxdım və o, muğam antologiyasına düşüb”.
Səkinə İsmayılovanın sözlərinə görə, albom məsuliyyətli bir işdir, ona sıradan yanaşmaq olmaz. Hər mahnı üzərində böyük bir əsər kimi çalışmaq lazımdır: “Bu baxımdan hazırlanan albomların hamısını bəyənmirəm. Onların arasında səviyyəliləri də var, sıradan mahnı yığımı da. Bu işə məsuliyyətlə yanaşmaq gərəkdir”.
Xəyalə

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28