Xan Şuşinskinin barelyefi ayaq altında qalıb - EKSKLÜZİV
Bunu Lent.az-a sənətkarın qızı Bəyimxanım Verdiyeva bildirib.
Onun sözlərinə görə, barelyef il yarım bundan öncə binanın təmirilə əlaqədar sökülüb. Lakin təmir işləri yekunlaşsa da, barelyef hələ də yerinə asılmayıb: “Bu mənzil atama mərhum prezident Heydər Əliyev tərəfindən verilib. Barelyef isə 2001-ci ildə yubiley ərəfəsində vurulub. Həmin il Heydər Əliyevin sərəncamı ilə atamın 100 illik yubileyi qeyd olunurdu. İl yarım əvvəl binanın fasadı ağardılan zaman dörd barelyef söküldü. Təmir artıq çoxdan başa çatıb. Amma barelyeflər hələ də yerdə qalıb, vurulmur. Bu da bizə təsir edir. Hər dəfə oradan keçəndə görürük ki, barelyef ayaq altında qalıb. Niyə vurulmur bilmirəm”.
Bəyimxanım Verdiyeva məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsə də, bu da heç bir nəticə verməyib: “Mən İcra Hakimiyyətinə zəng etdim. Çünki barelyef onların sərəncamı ilə vurulub. Bir kişi danışdı mənimlə - bilmədim kimdir – dedi “narahat olmayın, qoyulacaq”. Amma hələ də bir nəticə yoxdur. Artıq üzü payıza gedir, bir azdan yağışlar başlayacaq. Onda necə olacaq? Axırda əlacsız qalıb oradakı salondan xahiş etmişik ki, barelyef bir küncdə qalsın. Bu, düzgün deyil axı. Xan Şuşinski kimi dahi sənətkara bu cür hörmətsizlik olunmamalıdır”.
Xəyalə Muradlı

Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37