Əbülfəs Qarayev : “Xüsusi proqram tərtib etməliyik...”
Aprelin 13-də Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin və mehmanxana rəhbərlərinin böyük toplantısı keçiriləcək. Toplantıda ölkə prezident tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında 2010-2014-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn məsələlər də müzakirə ediləcək. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıqlama verib. Bildirib ki, 5 il müddətinə nəzərdə tutulan bu proqram gerçəkləşəndən sonra konkret zonalar, istiqamətlər, formalar artıq yeni simada özünü büruzə verəcək: “Sərəncamda yazıldığı kimi, bunlar qeyri-enerji sektorunun inkişafında Azərbaycanda alternativ iqtisadi formalardan daha geniş istifadə olunması istiqamətində nəzərdə tutulan tədbirlərdir. Biz bu tədbirlərin daha çox təşkilatı, hüquqi məsələlərinin həyata keçirilməsini nəzərdə tuturuq. Regionların, zonaların inkişafı ilə bağlı xüsusi proqramlar tərtib etməliyik. Orada turizmin bütün növləri – mədəni, ekoloji, idman turizmi əhatə olunacaq. Turizmin davamlı inkişafı təmin olunmalıdır”.
Əbülfəs Qarayevin sözlərinə görə, aprelin sonunda “Euronews”, “CNN”, “National Geography” və “BBC” kanallarında Azərbaycanın turizm potensialını əks etdirən yeni roliklər nümayişə başlayacaq. Aprelin 28-də keçiriləcək ənənəvi beynəlxalq turizm sərgisində isə ilk dəfə olaraq bütün rayonların stendləri qoyulacaq. Daxili və xarici turizm imkanları nümayiş olunacaq.
Turizm obyektlərində qiymətlərin tənzimlənməsinə gəlincə, nazir bunun Taarif Şurası tərəfindən müəyyənləşdiyini bildirib: “Nazirlik turizm bazarındakı qiymətlərə müdaxilə edə bilmir. Bazar özü istiqamətləndirir. Mehmanxanalar, turizm şirkətləri nə qədər çox olsa, rəqabət nəticəsində qiymətlər bir o qədər aşağı düşər”.
Xəyalə

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28