“Qafqaz qartalının uçuşu” beynəlxalq festivalda
30 avqust 2010 11:49 (UTC +04:00)

“Qafqaz qartalının uçuşu” beynəlxalq festivalda

“Salnamə” kinostudiyasından Lent.az-a verilən məlumata görə, film Yekaterinburqda keçiriləcək “İnsan və müharibə” IV Beynəlxalq Sənədli Filmlər Festivalında nümayiş olunacaq. Festival dekabrın 7-dən 11-ə qədər davam edəcək.

Qeyd edək ki, II Dünya Müharibəsinin qəhrəmanlarından olan hərbi pilot Hüseynbala Əliyevə həsr olunan “Qafqaz qartalının uçuşu” sənədli filminin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüseri Böyükağa Məmmədov və Vladimir Bajindir.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1025

Oxşar yazılar