Köynəyimin yaxası şüar
Bütün müqəddəslərə and olsun ki, əgər mən bilsəm ki, Turan yaxasında “adını demerəm, eldən ayıfdı” motivli yazı olan köynəyi bilərəkdən geyib, çıxıb ağsaqqal-ağbirçəyimizin qənşərinə, tay ondan sonra mənəm – odu. Turanın bu hərəkətinə xalqın zövqsüzlüyünə, korafəhmliyinə, qaramatlığına qarşı etiraz donu geyindirib, başına-gözünə döyüb, o uşağı solçu eləyərəm. Havayı iş deyil e, sən şouya camaatın ana-bacısını yığ, sonra da köynəyinin üstündə “əgər çox istəyirsənsə, sadəcə fahişəm ol!” şüar-ismarışlı yazı qondurub, sanki elə belə olmalı imiş kimi də, verilişini apar. Müğənni qışqırt, rəqqas oynat, daha nə bilim, nə pəstahlardan çıx. Amma aradabir də camaata göz vur ki, əsas məsələ buradakı həngamə deyil e, əsas həngamə siz bu yazını oxuyub, gələcəyiniz qənaətə bağlıdır. Ay-hay! Hardadı bizdə elə orijinal “publikabişirmə” bacarığına qadir olan aparıcılar. Hətta mən Turanın o yazının mətnindən xəbəri olduğuna inansaydım, aradabir bu südəmər aparıcının əlini sinəsinə döyüb, “məndən yoxdu” jestlərinə də sətiraltı donlar geyindirərdim.
Amma nərdəəəə? Hardaydı bizdə elə bəxt, bizimkilərdə elə cəsarət, yaxşı mənada elə tərbiyəsizlik? Turan özü bir yana, onu başa düşdük. Onsuz da aparıcı olmaq üçün adama nələrin lazım olduğunu, daha doğrusu, nələrin lazım olmadığını hamımız bilirik. Bax, elə bu lazım olmayanlardan biri də savad və məlumatlılıqdır. Yaxşı, Turanı keçdik. O boyda verilişin, telekanalın bir başbiləni cəhənnəm, bir dilbiləni yoxdumu ki, desin, a bala, Xeyrəddin Qoca demişkən, axı zalda camaatın anası-bacısı oturub. Zal cəhənnəm, efir var, sizə pis-yaxşı xalq baxır. Xüsusilə də Turandan xoşu gələn yüngülbeyin telefonu breloklu qızlar-zadlar. Bə adama nə deyərlər?
Hələ bu söyüş idi, tez üstünə düşdülər. Pis xəbərə nə var ki, hərləyib-girləyib, o dəqiqə lazım olan qapını tapır.
Nəsə, ucundan tutub, ucuzluğa getməyək. İndi ki, yeri gəldi, sizə maraqlı bir şey danışım. Uzun illərdir bir mətbuat orqanı ilə əməkdaşlıq edirəm. Baş redaktor savadlı adamdır. Amma digər redaktorlar, qəzetlə əməkdaşlıq eləyən jurnalistlər barədə bu ifadəni istəsən də, deyə bilməzsən. 6 ay can çürütdüm ki, bu kollektivə müasir rus ədəbiyyatından, postmodernistlərdən, konseptualistlərdən və s. kimi şeylərdən nələrsə öyrədim. Hamısı özünü elə göstərdi ki, guya belə şeyləri onlar özləri mənə öyrədərlər.
Əlacım kəsildi. İndi düz altı aydır ən müasir yazıçıların əsərlərindən parçaları öz köşə yazılarım kimi həmin qəzetdə çap etdirirəm. Hər dəfə də Tanrıya yalvarıram ki, heç olmasa bircə adam o əsəri oxumuş olsun, fırıldağın üstünü açsın. Amma heç kimin ruhu da incimir. Qəzetdəki iki redaktor və ədəbiyyatdan zırıltı-zırıltı yazılar yazan ədəbiyyat yazarı hər dəfə köşələrimi oxuyandan sonra əlimi sıxır.
Belə şeylərə təəccüblənmək lazım deyil. Mən istənilən telekanalda köynəyimin yaxasında ingiliscə dövlət çevrilişinin planı ilə çıxaram, heç kimi ruhu da inciməz!
Yoxsa ki, böyük iş olub: fahişəm ol!

1312