Novruz Hollandiyada da qeyd olunub
19 mart 2010 15:30 (UTC +04:00)

Novruz Hollandiyada da qeyd olunub

Martın 13-də Hollandiyada Novruz bayramı şənliyi təşkil olunub. Tədbirin təşkilatçısı, “Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” cəmiyyətinin sədri İradə Uluxanlının Lent.az-a verdiyi məlumata görə, tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, maddi və mənəvi sərvətləri təbliğ olunub. Bunları nümayiş etdirən müxtəlif stendlər hazırlanıb. Tədbirə Azərbaycanın Niderland Krallığındakı səfirinin birinci müavini Elxan Ələsgərov və digər rəsmi qonaqlar da qatılıb. Bayram şənliyi zəngin musiqi proqramı ilə davam edib. Açılışda holland məktəbliləri Azərbaycan dilində şeir söyləyib, yallı rəqsi ifa ediblər. Fransadan gələn fleytaçı "Sarı gəlin" xalq mahnısını səsləndirib. Almaniyadan olan pianoçu isə Arif Məlikovun, Tofiq Quliyevin əsərlərini ifa edib. Bu bəstəkarların əsərləri Holland dosenti və 2 tələbəsi tərəfindən də fleytada çalınıb.

Türkiyənin Tokat Universitetinin dosenti, həmyerlimiz, skripka ustası Lalə Hüseynova ifasında bir sıra Azərbaycan bəstəkarlarının əsərlərini tamaşaçılara təqdim edib. Tədbirə gətirilən aş isə Holland məktəblisinin "Sari gəlin" sədaları altında qonaqlara təqdim olunub. Bayram tədbiri haqda yerli mətbuat orqanı olan "Limburgs Dagblad" və "De limburger" qəzetlərində dərc olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 736

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07