Nazpəri Dostəliyeva kimsəsizləri ağlatdı
Xalq artisti Nazpəri Dostəliyeva kimsəsiz yeniyetmə uşağı öz ifası ilə ağladıb. Lent.az-ın məlumatına görə, kimsəsiz uşaqların iştirak etdiyi “Sən bir nəğmə” adlı musiqi müsabiqəsinin qonağı olan müğənni müsabiqənin azyaşlı ifaçılarından olan Sonqulu ilə “Unut kədərini” adlı mahnını birlikdə duet oxuyub. İfadan sonra uşaq danışmaq istəsə də, ağlayaraq danışa bilməyib. Sonqulunun köməyinə Dostəliyeva yetişib: “Mən bilirəm ki, Sonqulu ilə mənimlə duet oxumaq xoş idi, bu, xoş hisslərin təzahürüdür”. Gözüyaşlı yeniyetmə başını yelləməklə cavabı təsdiqləyib.
Sonqulunun taleyini digər uşaqlar da yaşamalı olub. Bu dəfə də “Ana” mahnısını oxuyan müğənni digər iştirakçıları ağladıb.
Leyla
Sonqulunun taleyini digər uşaqlar da yaşamalı olub. Bu dəfə də “Ana” mahnısını oxuyan müğənni digər iştirakçıları ağladıb.
Leyla
858