Koreyada Novruz şənlikləri
17 mart 2010 14:30 (UTC +04:00)

Koreyada Novruz şənlikləri

Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü ilə Seulda Novruz Bayramına həsr edilmiş tədbir keçirilib. Səfirlikdən Lent.az-a verilən məlumata görə, 13 mart 2010-cu il tarixində təşkil edilmiş tədbirdə Koreya Respublikasında təhsil alan və işləyən azərbaycanlılarla yanaşı, Koreya Xarici Dillər Universitetinin Azərbaycan dili fakültəsinin müəllim və tələbələri, həmçinin, diplomatik korpus və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfiri R.Cəmşidov bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra “Novruz Bayramı” haqqında məlumat verib. Bildirilib ki, qədim tarixə malik bu bayram bir sıra dünya xalqları tərəfindən əsrlər boyu qeyd edilməkdə və bir ənənə kimi dövlətlər arasında qarşılıqlı hörmət, sülh və mehriban qonşuluq ideyalarına əsaslanan münasibətlərin inkişafında xüsusi rol oynamaqdadır.

Həmçinin, bu qədim ənənənin dünya miqyasında inkişaf etdirilməsi, yayılması və sivilizasiyalararası dialoqa töhfə verməsi baxımından Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş və 18 fevral 2010-cu il tarixində BMT Baş Assambleyasında qəbul edilmiş, 21 mart gününü Beynəlxalq Novruz Günü olaraq elan edən qətnamə barədə də tədbir iştirakçılarına məlumat verilib.

Daha sonra tədbir mədəni proqramla davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1323

Oxşar yazılar