“Bahar, Qadınlar, Məhəbbət…” adlı konsert keçiriləcək
Martın 19-da Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda “Musiqidə qadınlar” layihəsi çərçivəsində “Bahar, Qadınlar, Məhəbbət…” adlı konsert proqramı keçiriləcək. Bu barədə Lent.az-a Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlu məlumat verib.
Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı və Milli Musiqi Şurasının birlikdə təşkil etdiyi konsertin birinci hissəsində bəstəkarlar Nərgiz Şəfiyevaın “Mahnı dağlarda qaldı” instrumental kompozisiyası, “David Oystraxa məktubumdur…” vokal-diloloqu, Elnarə Dadaşovanın “Aşıqsayağı”, “Sənə düşüb meylim”, Lalə Cəfərovanın “Simli kvartet” və “Səni gözləyirəm” əsərləri ifa olunacaqdır. Həmin gün həmçinin Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış rəssamlar Müseyib Əmirov, Eliyar Əlimirzəyev, Mahmud Rüstəmov və Rəşad Babayevin qadınlara həsr etdikləri əsərlərindən ibarət sərgi də təşkil ediləcək. Tədbirin aparıcısı musiqişünas Cahangir Səlimxanovdur.
Qeyd edək ki, layihənin müəllifləri Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, sənətşünaslıq namizədləri Lalə Kazımova və Ədilə Yusifovadır.
Lalə Yusifqızı

740