
Uşaq xor kollektivlərinin II respublika baxışı keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyi Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin II respublika baxışını keçirir. Baxış respublikada zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından bu sənətə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi məqsədi ilə təşkil olunur. Nazirlikdən Lent.az-a verilən məlumata görə, baxış 2-27 aprel tarixlərində zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Mingəçevir şəhərlərində, Ağcabədi rayonunda keçiriləcək.
Baxışda müxtəlif xarakterli, iki və daha çox səsli dörd əsər (çox əsər də ola bilər), o cümlədən bir əsər akapella ifa olunmalıdır. Proqrama klassik dünya musiqi nümunələri, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları daxil edilə bilər.
Xəyalə
Baxışda müxtəlif xarakterli, iki və daha çox səsli dörd əsər (çox əsər də ola bilər), o cümlədən bir əsər akapella ifa olunmalıdır. Proqrama klassik dünya musiqi nümunələri, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları daxil edilə bilər.
Xəyalə
Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28