Vaqif Mustafazadənin yeni diski buraxılıb
Dahi cazmen və bəstəkar Vaqif Mustafazadənin əsərləri toplanmış yeni kompakt diski işıq üzü görüb. Bu barədə Lent.az-a albomun prodüseri, Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun rəhbəri Afaq Əliyeva xəbər verib. O, bildirib ki, “Caz kompozisiyaları” adlı 2 diskdən ibarət albom Moskvada “Melodiya” şirkəti tərəfindən hazırlanıb: “Bu şirkətdə 70-ci illərdə Vaqif Mustafazadə özü əsərlərini yazdırıb. Mən də həmin əsərləri diskə saldırdım. Diskin hər birinə sənətkarın 12-13 caz əsəri daxil edilib. 1978-ci ildə Monakoda keçirilən müsabiqədə Qran-pri qazanan “Əzizənin intizarında” kompozisiyası da diskdə yer alıb”.
Afaq Əliyevanın sözlərinə görə, albomun müəlliflik hüququ 4 nəfərə məxsusdur – ona, cazmenin həyat yoldaşı Elza, qızları Əzizə və Lalə Mustafazadələrə.
Disk ilk olaraq sabah Heydər Əliyev adına Sarayda Vaqif Mustafazadənin 70 illik yubileyi ilə bağlı keçirilən dövlət tədbirində satış məqsədilə sərgilənəcək. Daha sonra isə diski satışdan əldə etmək mümkün olacaq.
Xəyalə Muradlı

Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28