
Vaqif Mustafazadə anıldı
Martın 15-də Bakı Caz Mərkəzində dahi caz ustası, bəstəkar Vaqif Mustafazadənin 70 illik yubileyi münasibəti ilə konfrans keçirilib. Lent.az-ın məlumatına görə, konfransı Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullayeva açaraq, sənətkarın yaradıcılıq məziyyətlərindən danışıb. “Vaqif Mustafazadənin yaradıcılıq yolu hamar yox, ziddiyyətli olub”, - deyən professorun sözlərinə görə, cazmen o vaxtkı rəsmi ideoloji dairələr tərəfindən qəbul olunmayıb. Məhz bu səbəbdən də onun qarşısında böyük maneələr durub. Uzun müddət konservatoriyaya daxil ola və oranı bitirə bilməyib: “Belə maneələrə görə o daha da yuxarılara qalxa bilməyib. Ömrünün sonuna yaxın əməkdar incəsənət xadimi adı alıb. Amma bunlara baxmayaraq, əksər bəstəkarlar onun haqqında çox yüksək fikirdə olub”.
Xalq artisti, professor Tofiq Bakıxanov da Vaqif Mustafazadənin ailəsi ilə yaxın münasibətləri olduğunu deyib və onun haqqında xatirələrini bölüşüb.
Daha sonra “Retro-Sevil” vokal instrumental ansamblının ifasında dahi cazmenin unudulmaz əsərləri ifa olunub.
Xəyalə
Xalq artisti, professor Tofiq Bakıxanov da Vaqif Mustafazadənin ailəsi ilə yaxın münasibətləri olduğunu deyib və onun haqqında xatirələrini bölüşüb.
Daha sonra “Retro-Sevil” vokal instrumental ansamblının ifasında dahi cazmenin unudulmaz əsərləri ifa olunub.
Xəyalə
Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28