Laura Cəbrayıllının “Yeddinci qat” kitabının imza və təqdimat mərasimi keçirilib
04 mart 2010 16:06 (UTC +04:00)

Laura Cəbrayıllının “Yeddinci qat” kitabının imza və təqdimat mərasimi keçirilib

Martın 4-də “Etüd” kitab evində Laura Cəbrayıllının “Yeddinci qat” kitabının imza və təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın görkəmli elm, ədəbiyyat, mədəniyyət xadimləri iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid tədbiri açaraq qələmə aldıqlarını toplayaraq “Yeddinci qat”ı nəşr etdirməklə l.Cabrayıllının çox ciddi bir iş ortaya qoyduğunu deyib. O, Laura xanımın yazılarının sevilə-sevilə oxunduğunu söyləyərək, onun istedadlı bir qələm sahibi olduğunu qeyd edib.

Tədbirdə AMEA-nın müxbir üzvü Rafiq Əliyev, Hüseyn Cavidin nəşini Azərbaycana gətirən üç nəfərdən biri, görkəmli ictimai xadim Həmid Cəfərov, şair Vaqif Bayatlı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BMAF) sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli, şair Tofiq Abdin, tənqidçi-ədəbiyyatşünas Rüstəm Kamal, Cavanşir Yusifli, şair Əlisəmid Kür, tanınmış jurnalistlər İsgəndər Allahverən, Vahid Qazi, sənət adamları və başqaları çıxış ediblər. Çıxışçılar l.Cəbayıllının həm bacarıqlı jurnalist, həm də istedadlı ədəbiyyatçı olduğunu xüsusi ilə vurğuladılar.

Ötən əsrin 90-cı illərindən başlayaraq, dövri mətbuatda ədəbi-bədii yazılarıyla çıxış edən Laura Cəbrayıllının ilk kitabında esse, publisistika, ədəbi portretlərlə yanaşı, elm, ədəbiyyat, dövlət xadimlərilə maraqlı müsahibələri və gündəliyindən sətirlər yer alıb. Şair Vaqif Bayatlının “Ədəbiyyat onu axtarır” adlı ön sözü ilə “Avrasiya Press” nəşriyyatında çap olunan kitabın redaktoru Umud Rəhimoğlu, məsul redaktoru Qulu Ağsəsdir.

Kitaba Xudu Məmmədov, Sabir Əhmədov, Vidadi Məmmədov, Aydın Məmmədov, Şahmar Hüseynov, Fərman Kərimzadə, Rübabə Muradova, Şahmar Əkbərzadə, Mehdi Bəyazid, o cümlədən Vaqif Səmədoğlu, Anar, Vaqif Bayatlı və başqalarının ədəbi portretləri ilə yanaşı, müxtəlif illərdə qələmə aldığı resenziyaları, publisistik yazıları daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1386

Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

8 iyun 2025 , 23:52
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07